Sizin Reklam Burada
Xəbər lenti
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Laçında hind filmi çəkiləcək

Tarix: 28-06-2024 14:05     Baxış: 449 A- / A+

Laçında hind filminin çəkilişləri başlayacaq.
Manevr.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
"Birincisi, onu qeyd etmək lazımdır ki, Amil Amal istedadlı rejissordur. Karyerasına sənədli filmlərlə başlayıb və 40-45 dəqiqəlik filmlər çəkməyə davam edir. Onun bəzi əsərləri artıq müxtəlif mükafatlara namizəd olub.

Bundan başqa, Amal yeni film çəkmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qrant və maliyyə əldə edib. Filmin bir hissəsi artıq çəkilib və hazırda Amal işi davam etdirməyə hazırlaşır. Ümid edirik ki, daha çox prodüser evləri bu layihəyə diqqət yetirəcək", - o deyib.
M.Məmmədov, həmçinin, Laçının özlüyündə unikal olduğunu və müxtəlif istiqamətlərdən rəssamları cəlb etdiyini qeyd edib.
"Hindistanlı prodüserlər həm Azərbaycan, həm də digər ölkələrin filmlərinə böyük maraq göstərir və onları maliyyələşdirə bilirlər. Bu, kinoindustriyamıza beynəlxalq marağı təsdiqləyir", - deyə o əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar