Sizin Reklam Burada
Xəbər lenti
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Tarix: 28-06-2024 10:26     Baxış: 442 A- / A+
qurban-yetirmisliden-cenub-zonasindaki-zelzele-ile-bagli-aciqlamanbsp-1719552516
"Azərbaycanın cənub bölgəsində qeydə alınan zəlzələ ilə bağlı heç bir narahatlığa əsas yoxdur".

Manevr.az
xəbər verir ki, bu sözləri iqtisadiyyat.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Əhalinin təşvişə düşməsinə ehtiyac yoxdur. Allah uzaq eləsin, sel, dolu, ildırım və s. kimi bundan da dəhşətli təbiət hadisələri baş verir. Bəzən oxuyuruq ki, ildırım vurub evi dağıdıb, sel gəlib evin içinə dolub. Bu təbiət hadisələri daha dəhşətlidir. Ona görə də səhərki zəlzələ qorxulu və fəsadlar törədən bir hadisə deyil. Doğrudur, hiss olunan zəlzələdir. Başa düşürəm ki, əhali də istər-istəməz təlaşa düşür, amma əmin edirəm ki, narahat olmağa dəyməz. Çünki bu elə də güclü zəlzələ deyil", - baş direktor əlavə edib.

Q.Yetirmişli həmçinin bundan sonra afterşokların davam edəcəyini söyləyib: "Bu da enerji boşalmasıdır və olmalıdır. Ola bilsin ki, xırda hiss olunan yeraltı təkanlar təkrar baş versin. Amma ciddi və narahat olunası heç nə gözlənilmir".

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:43-də Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.  

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar