Sizin Reklam Burada
Xəbər lenti
29-06-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Texniki Universitetində “Məzun Günü” ilə bağlı tədbir keçirilib

Tarix: 27-06-2024 23:10     Baxış: 354 A- / A+



Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun Günü”  ilə bağlı tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Milli Məclisin deputatı Müşfiq Məmmədli Manevr.az-a bildirdi ki, bu il 2936 tələbə məzun adını qazanıb. Onların 1641-i bakalavr, 27-si əcnəbi tələbə, 1295-i magistr məzunlardır. Eyni zamanda bildirdim ki, məzunlar arasında övladım Ayxan Məmmədli də var. 
"Ölkənin aparıcı Ali məktəblərindən olan AzTU-da KOB subyektlərinin inkişafına dəstək məqsədilə KOB Model Müəssisəsi yaradılıb. Universitet-sahibarkalıq modelinə inteqrasiyanı təmin etmək məqsədilə universitetdə qurulan Mühəndis Gəliştirmə Proqramının emalatxanasında çalışan AzTU və Milli Aviasiya Akademiyasının tələbələri bir ilkə imza atıb.  Belə ki, AzTU, TUSAŞ və MAA-nın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "AzTU-Turkish Aerospace, MGP 2023.1" yüksək ixtisaslı mühəndis hazırlığı təlim proqramı çərçivəsində müdafiə təyinatlı pilotsuz uçuş aparatının ilk uçuşu həyata keçirilib. Sağlam həyat tərzinin təbliği, tələbələrin zərərli vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində təşkil olunan idman yarışları bu il də davam edib. AzTU basketbol komandası Tələbə Basketbol Liqasında 1-ci yerə çıxaraq qızıl medala layiq görülüb.  
Tədbirdə AzTU-nu ən yüksək ÜOMG ilə bitirən, eləcə də universitetin ictimai-sosial həyatında fəallıq nümayiş etdirən məzunların təltifolunma mərasimi keçirilib.
Məzunlara gələcək həyatlarında uğurlar diləyir,  Vətənə layiqli vətəndaş olmağı arzulayıram", M.Məmmədli qeyd etdi.

Sevda Sabirli
Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar