Sizin Reklam Burada
Xəbər lenti
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Sarayda konsertinə niyə icazə verilməyib? - Meyxanaçıdan AÇIQLAMA

Tarix: 28-06-2024 13:12     Baxış: 540 A- / A+

Meyxanaçı Orxan Lökbatanlı Heydər Əliyev sarayında konsert vermək üçün müraciətinin rədd edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Manevr.az
 
qaynarinfo.az-a istinadən bildirir ki, Orxan Lökbatanlı açıqlamasında xəbərin doğru olduğunu deyib. Meyxanaçı bildirib ki, 4 ay bundan öncə saray rəhbərliyinə konsert vermək üçün müraciət edib, amma ona icazə verməyiblər:
"Mən özümə, sənətimə arxayınam, bilirəm ki, sarayın səhnəsini tamaşaçı ilə doldura bilərəm. Özü də mənim konsert layihəm fərqli idi. Yəni, mən tək olmayacaqdım, qonaqlarım da olacaqdı. Amma olmadı".
Orxan Lökbatanlı müraciətinə yox cavabı almasının səbəbini repertuarı ilə əlaqələndirib:
"Düşünürəm ki, ancaq repertuar ola bilər. Amma saray konsert üçün məkandırsa, bu da mənim solo konsertimdir. Hamı necə biz də elə, sənət adamları arasında ayrıçeçkilik etməzlər. İndi layihəmi həyata keçirmək üçün məkan axtarıram. Nə vaxt hansı məkanda icazə versələr, layihəmi həyata keçirəcəyəm".
Qeyd edək ki, müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlı Heydər Əliyev Sarayında konsert vermək istəyib. Amma onlara sözügedən mədəniyyət ocağında konsert verməyə icazə verməyiblər. Xatırladaq ki, bu barədə məlumatı aparıcı-prodüser Tarix Əliyev "Xəbərin var?" verilişində yayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar