Sizin Reklam Burada
Xəbər lenti
28-06-2024
27-06-2024
BÜTÜN XƏBƏRLƏR

Malayziyada Şuşa günləri keçirilir

Tarix: 25-06-2024 16:02     Baxış: 363 A- / A+
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində “Rənglərlə Qarabağa səyahət” adı altında rəsm sərgisi açılıb.
Manevr.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin  Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi və Azərbaycan Dövlət Rəsm Qalareyasının tərəfdaşlığı ilə həyata keçirdiyi  “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində təşkil olunub. Sərgidə Azərbaycan rəssamlarının Şuşa mövzusunda çəkdiyi 30-a yaxın rəsm əsəri nümayiş edilir.
Layihə İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı həyata keçirilir.  Kuala Lumpurun Şəhər İncəsənət Qalareyasında təşkil olunan tədbiri qalareyanın direktoru Maizon Ömər açıb.
 
Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Elsevər  Salmanov açılış mərasimində çıxış edərək, Şuşanın Azərbaycanlılar üçün nə qədər əziz tarix və mədəniyyət mərkəzi olduğundan danışıb. Təəssüflə qeyd edib ki, bu şəhər uzun illər Ermənistan qoşunları tərəfindən işğal altında saxlanılıb, lakin 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Bundan sonra Şuşa yeni inkişaf dövrünə qədəm qoyub.
Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva çıxışında sərgi, habelə Kuala Lumpurda təşkil olunacaq digər tədbirlər barədə məlumat verib. O, qeyd edib ki, Malayziyanın paytaxtında Şuşanın tarixi və mədəniyyəti mövzusunda tədbirlərin təşkil olunmasında məqsəd bu ölkədə Şuşanın keşməkeşli tarixi haqqında təsəvvür yaratmaq, 30 ilə yaxın işğal altında qalmış bu şəhərin tariximizdə və mədəniyyətimizin inkişafındakı rolunu qabarıq göstərməkdir.
Sərginin açılış mərasimindən sonra – günün ikinci yarısında Şuşa və Qarabağ mövzusunda musiqi nömrələri təqdim olunub. Gənc müğənni Zeynəb Nəcəfova “Qarabağ”, “Şuşam”,  “Şuşanın dağları”, “Qarabağ şikəstəsi”, “Cənnətim Qarabağ” kimi populyar mahnılar ifa edib.
 
Malayziyalı müğənni Roys Saayanın “Cənnətim Qarabağ”  mahnısını ifa etməsi, daha sonra Zeynəb Nəcəfova ilə birlikdə “Şuşanın dağları” mahnısını oxuması tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.
 
Tədbirin sonunda əslən Şuşadan olan və Şuşa mətbəxinin bilicisi Aybəniz İsmayılova qonaqlara Şuşa və Qarabağ mətbəxinin nümunələrini təqdim edib. Tədbir iştirakçıları “Şüyüdlü aş”, “Qiyməli aş”, “Canına çəkmə”, “Qırxbuğumlu aş” kimi xörəklərə, habelə Qarabağ və Azərbaycan şirniyyatlarına qonaq edilib.
Tədbirdə həmçinin bir neçə dildə hazırlanmış “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı”, “Qarabağ” kimi kitabça-bukletlər, araşdırmaçı-jurnalist Vasif Quliyevin ingilis dilində hazırlanmış bir neçə kitabçadan ibarət “Şuşa abidələri” toplusu qonaqlara hədiyyə olunub.
Tədbir iştirakçılarına “Şuşa və Qarabağ haqqında mahnılar”, habelə Şuşa mətbəxi nümunələrinin hazırlanması haqqında Azərbaycan və ingilis dillərində bukletlər də paylanıb.
Kuala Lumpurda sərgi davam edir.

    

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar