Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Tarix: 01-05-2024 18:19     Baxış: 3179 A- / A+

"Azərbaycan qanunvericiliyinə müvafiq olaraq köçürülməsinə icazə verilən orqanlar qaraciyər, ürək, ağciyər, bağırsaqların köçürülməsi, mədə, gözün buynuz qişasıdır. Eyni zamanda, qanunvericiliklə canlı donordan sümük iliyi köçürülməsinə də icazə verilir".
Manevr.az
oxu.az-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.
Y.Abbasova qeyd edib ki, bu gün Mərkəzə orqan transplantasiya ilə bağlı daxil olan müraciətlərdən 400-dən çoxu məhz böyrək köçürülməsi ilə bağlıdır: 
"Böyrəklə bağlı müraciətlərin çoxluğu tək Azərbaycanda deyil, bütün ölkələrdə belədir. Azərbaycanda ikinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələridir. Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyan xəstələrin sayı da kifayət qədərdir. Bundan əlavə, Mərkəzə ağciyər, ürək, gözün buynuz qişası kimi orqanların transplantasiyası əməliyyatına ehtiyac duyan şəxslər də müraciət etməkdədir".  
Y.Abbasova hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayının 1000-ə yaxın olduğunu bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar