Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

25 il əvvəlki terrordan sağ çıxan bacılar “Crocus”da öldülər

Tarix: 29-03-2024 20:30     Baxış: 467 A- / A+


25 il əvvəlki terrordan  sağ çıxan bacılar   “Crocus”da  öldülər
Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilən terrorda 25 il əvvəl Volqodonskda terror aktından sağ çıxan iki bacı Anna və Tatyana Makarski həlak olub. 
Xarici media bildirir ki, Fövqəladə Hallar Nazirliyi həlak olanların siyahısında onların adlarını açıqlayıb. 
Bacıların anasının rəfiqəsi Yelena Makarskayanın dediyinə görə, Anna və Tatyana  martın 22-də axşam saatlarında “Piknik” qrupunun konserti üçün birlikdə “Crocus”a gediblər. Yerli vaxtla axşam saat 20:30 radələrində qızlardan biri anasına zəng edərək zalda baş verən yanğını və insanların boğulduğunu deyib. Bundan sonra qadınlarla əlaqə kəsilib.



Əvvəlcə onlar yaralananlar siyahısında olublar, lakin xəstəxanalar Yelena Makarskayaya heç nə deməyiblər. Martın 26-da axşam ölülərin yenilənmiş siyahılarında Anna və Tatyananın adları görünüb.
Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, “Crocus”da törədilən terror aktı nəticəsində 143 nəfər həlak olub, daha 182 nəfər yaralanıb.
1999-cu il sentyabrın 16-da partlayıcılarla dolu yük maşını Rostov vilayətinin Volqodonsk şəhərində yaşayış binasının yaxınlığında partladılıb. 19 nəfər həlak olub, 89 nəfər xəstəxanaya yerləşdirilib, 39 evə ziyan dəyib.
Makarskilər o vaxt partlayış yerinin yanındakı evdə yaşayırdılar. Rəfiqəsi Yelena Makarskayanın sözlərinə görə, mənzilin şüşələri sınıb, bütün ailə xəsarət alıb.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar