Xəbər lenti
Şeytana bu qədər itaət olmaz, burax ruhumuzu azad, İlahi! - ŞERLƏR
Təranə Dəmir
***
Bir qız dayanıb sual işarəsinin külək döyən hissəsində,
Bir bulud atıb özünü qızın ayaqları altınasəma
evinin ən üst qatından.Bir küçə yağışa meydan oxuyur,
Bir ləpir küçəyə.Bir pəncərə udur buludun göz yaşlarını,
Bir xəyal məktub yazır Tanrıya gecənin adından.
Bir pişik siçan deşiyi axtarır ağzındakı ovunu
rahat-rahat aşırmaqçun qaranlıqda.
Bir ağac asılır üzüaşağı ayağından.
Bir qoca nəvəsiyçün şar üfürür asta-asta, nigaran-nigaran,
Nəfəsi ilişib qalır havada.
Bir rəssam sevdiyi qızın şəklini köçürür gözlərindən varağa,
Bir sevgi üşüyür kirpiklərinin ucunda.Bir ana köynək toxuyur əsğər oğluna,
Bir hörümçək tor bağlayır baxışlarında.
Bir gecə səhərə tərəf yeriyir ağır-ağır,
Bir səhər dincini alır gecənin dizi üstə.
Bir köpək gecəyə ulayır , küçəyə ulayır,
yağışa, küləyə ulayır.
Bir daş fır-fır fırlanır köpəyin səsi üstə.
Bir damcı işıq damır gecənin yanağına,
Bir oğlan üzük şəkli taxır adsız barmağına.
***
Hardasa bayquş ulayır bir ümidin xarabalığında,
Kimsə daş atır gecəyə,
Bayquşun səsi çiliklənib tökülür dünyanın başına.
Tanrı gördümü?
Görəsən kim düşdü bayquşun qarğışına?
***
Bu sevgi ölümdən keçib,
Təzədən bir də doğulub.
Göyün üzündə əkilib,
Qayıdıb yerdə doğulub.
Yanıb, kül olub odunda,
Külündən keçib qayıdıb.
Min yol şeytanın, iblisin
Feilindən keçib, qayıdıb.
Bu sevgi qandan, qadadan,
Bu sevgi zülümdən gəlib.
Göy yarılıb, göydən düşüb,
Tanrının belindən gəlib.
İLAHİ!
Bir yanda işıqdı, bir yanda zülmət,
Bilmirik hardadı həyat, İlahi.
Bilmirik hayannan keçir həqiqət,
Vermişik yalana qanad, İlahi.
Nə qədər axtardıq, haqq qaçaq oldu,
Aldandıq iblisə, şər qoçaq oldu,
Qurdların əlində oyuncaq olduq,
Qaldı gözümüzdə murad, İlahi.
Nə yaman ağırmış daşı millətin,
Nağıla qarışıb başı millətin,
Qurumur gözünün yaşı millətin,
Tapmır Yerdə, Göydə nicat, İlahi.
Bezdirdi bütlərə ibadət bizi,
Didib parçaladı xəyanət bizi,
Kimlərə etmisən əmanət bizi,
Kimlərə etmisən inad, İlahi?
Bu qədər dərd olmaz, şikayət olmaz,
Bu qədər zülm olmaz, cinayət olmaz,
Bu qədər şeytana itaət olmaz,
Burax ruhumuzu azad, İlahi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar