Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ən ölümcül xərçəng növü cilovlanır: Unikal peyvənd hazırlandı

Tarix: 27-04-2024 19:08     Baxış: 394 A- / A+

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyanın ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir.
Manevr.az xəbər verir ki, hər il dünyada ən az 132 min insana təsir edən və dəri xərçənginin ən ölümcül növü sayılan melanoma ilə artıq cərrahi yolla mübarizə aparmaq mümkündür. Cərrahiyyə ilə yanaşı bəzən radioterapiya, dərmanlar və kemoterapiya da istifadə edilə bilər.
London Universitet Kolleci Xəstəxanalarında aparılan sınaqlarda həkimlər immun sisteminin xərçəng hüceyrələrini öldürməsinə kömək edən peyvəndi araşdırıblar. “Moderna”, “Merck Sharp” və “Dohme” şirkətlərinin istehsal etdiyi müalicə metodunun klinik sınaqlarda müvəffəqiyyətli olması halında ümumi istifadəyə veriləcəyi qiymətləndirilir.
Araşdırma qrupundan Dr. Heather Shav peyvəndin dəri xərçəngi xəstələrini müalicə etmək potensialına malik olduğunu, lakin ağciyər, sidik kisəsi və böyrək şişləri kimi digər xərçəng növlərində də sınaqdan keçirildiyini açıqlayıb. Shav peyvəndin fərdi şəkildə təklif edildiyini, yəni strukturunun hər bir xəstəyə uyğun olaraq dəyişdirildiyini vurğulayıb. Sınaqlarda hər bir xəstə üçün xüsusi olaraq istehsal edilən yeni vaksinlər sınaqdan keçirilir. Testlərin ikinci mərhələsində peyvəndlərin melanoma xəstələrində xərçəngin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaltdığı aşkarlanıb. İndi üçüncü və sonuncu mərhələ sınaqlarına start verilib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar