Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ruben Vardanyan Rusiya üçün önəmli şəxs deyil - AÇIQLAMA

Tarix: 09-05-2024 16:52     Baxış: 360 A- / A+
Ruben Vardanyan Rusiya üçün önəmli şəxs deyil - AÇIQLAMA


Keçmiş separatçı qurumun "dövlət naziri", hazırda Azərbaycanda həbsdı olan Ruben Vardanyan "xeyriyyəçilik və humanitar fəaliyyətinə görə" 2024-cü il üçün Nobel sülh mükafatına namizəd göstərilib. Ruben Vardanyanın ofisindən verilən məlumata görə, onun namizədliyi bir neçə önəmli şəxslər tərəfindən irəli sürülüb. 
 

Bir müddət əvvəl isə ilk olaraq ukraynalı deputatlar terrorçuluğu maliyyələşdirməyə görə hazırda Bakıda həbsdə saxlanılan qondarma “Artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyanın namizədliyini rədd etmək üçün Nobel Komitəsinə açıq müraciət ünvanlayıblar. Ukraynalı parlamentarilər bildiriblər ki, nüfuzlu mükafata namizədlər siyahısında Vardanyanın yeri yoxdur.
 
Müraciəti imzalayanlar bəyan ediblər ki, onlar “terrorizm və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, Rusiya təcavüzünün sponsoru və Ukraynanın düşməni olan şəxsin Nobel sülh mükafatına namizədliyini irəli sürməyi qəbuledilməz və absurddur".
 
 Rusiya vətəndaşlığından çıxıb qondarma rejimdə fəaliyyət göstərməyə başlayan Vardanyanın sülh namizədliyinə Rusiyanın necə reaksiya verəcəyi maraq doğurur.
 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a bildirib ki, həmin şəxs Rusiya üçün maraqlı deyil:
 
“Nobel Sülh Mükafatı laureatlarının heç də hamısının fəaliyyəti birbaşa olaraq Alfred Nobelin vəsiyyətində deyildiyi kimi sülhə töhfə verənlərlə bağlı olmayıb. Sülh Mükafatının dünya mediasında müzakirə olunan mövzularla bağlı ictimai xadimlərə və siyasətçilərə verilməməsinə dair kifayət qədər nümunələr var. Amma bu o demək deyil ki, Ruben Vardanyanın Nobel Sülh Mükafatı laureatı ola biləcək. Vardanyan separatçı qüvvələri dəstəkləyib və dünya tərəfindən qəbuledilməzdir. Bu kimi çıxışlar sadəcə ictimaiyyətin nəbzini yoxlamaq üçün atılan addımlardır. Böyük ehtimalla belə bir şey mümkün olmayacaq. Ən pis halda belə hal yaşanarsa, mükafatın dəyərinə səbəb ola bilər. Bu mükafata potensial namizədlər arasında rəqabət adətən çox yüksək olur. Yenə də 2024-cü ildə bu mükafatın Rusiya-Ukrayna münaqişəsi mövzusu ilə əlaqəli şəxslərə verilə biləcəyi ehtimalı yüksəkdir.
 
Başqa bir ehtimal odur ki, 2024-cü il mükafatı laureatları qadın hüquqları uğrunda mübarizə ilə əlaqələndirilə bilər. Moskvanın rəsmi mövqeyinə gəlincə, çətin ki, Rusiya rəsmiləri Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı xəbərlərə diqqət yetirsinlər. Çox güman ki, onlar öz şərhlərində bu mövzudan maksimum yayınmağa çalışacaqlar. Çünki bu şəxs Rusiya üçün o qədər də əhəmiyyətli deyil.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar