Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Vətəndaş işlədiyi yerdən maaşını ala bilmir - DİN-ə müraciət

Tarix: 09-05-2024 21:35     Baxış: 361 A- / A+
Vətəndaş işlədiyi yerdən maaşını ala bilmir - DİN-ə müraciətXaçmaz rayonu, Xudat şəhəri, Seyidlər kəndinin sakini Ədalət Xəlilov maaşını ala bilmir.

,Mehdiabad qəsəbəsində "Nəbi dayının sexi" kimi tanınan özəl müəssisədə işləyib.

"Buranı internet vasitəsi ilə tapmışam. Ötən ilin dekabrında çilingər işinə düzəlmişəm. Müəssisədə qapı, darvaza, "naves" yığılır. Müəssisənin rəhbəri Nəbi dayı - hər kəs onu elə çağırır - görəcəyim işlər müqabilində mənə ayda 1000 manat əmək haqqı verəcəyini dedi. Bir ay işlədim. Darvaza, qapı yığdım. Hətta mənə aid olmayan işləri də gördüm. Lakin ayın sonunda məlum oldu ki, pul yoxdur. Düşündüm ki, olur, yəqin çətinliyi var, 2-3 günə maaşımı verər", deyə Ədalət Xəlilov bildirib.

Vətəndaş qeyd edib ki, 2-3 gün keçdikdən sonra da maaşı verilməyib. "Həmin vaxt rayona gedəsi oldum. Pul isdətim. 50 manat verdi, dedi kart atarsan qalanını da karta yükləyəcəm. Dediyi kimi etdim, kart atdım, amma pulu yükləmədi. Zəng vurdum, dedi ki, birindən borc tap gəl, pulunu verəcəm. Mən də borc alıb gəldim. Amma yenə də pul vermədi. Axırda dedim ki, sən mən aldadırsan, gedib şikayət edəcəm. O da mənə polisin adı ilə hədə-qorxu gələrək dedi ki, hara istəyirsən get şikayət elə. Bilirəm ki, polisin adından istifadə edir. Ona görə də qərara gəldim ki, elə ictimai şəkildə Daxili İşlər Nazirliyinə müraciət edim. Eyni zamanda teleqram vurmağı düşünürəm. Həm mənim pulumu vermir, həm də Azərbaycan polisinin adını öz işlərində hallandırır. Ümid edirəm ki, bu müraciətimin bir nəticəsi olacaq", deyə şikayətçi bildirib. qaynarinfo

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar