Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkünlərin boşaltdığı mənzillər kreditlə satılır? - Açıqlama

Tarix: 08-05-2024 22:04     Baxış: 372 A- / A+

"Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə köçdükcə onlara dövlət tərəfindən verilmiş mənzillər mərhələli şəkildə satışa çıxarılır. Həmin mənzillərin satış qiymətinə nəzər salsaq, görərik ki, bu evlər ölkə ərazisində tikilən bütün çoxmənzilli yaşayış binalarında olduğundan daha ucuz qiymətə satışa çıxarılır. Yəni burada söhbət maya dəyərindən gedir. Həmin tikililər üçün torpaq sahəsi dövlət tərəfindən verilməsəydi, satış qiyməti daha baha olardı. Onlar dövlət tərəfindən verilən sosial evlər olduğuna görə satış qiymətində sadəcə tikinti və təmir xərcləri nəzərdə tutulur. Ona görə də qiymətlər münasibdir".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu tip yaşayış binaları daha çox mərkəzdən kənar ərazilərdə tikilib. Həmin ərazilər üçün qiymət normaldır. Bu mənzillər ucuz qiymətə uzunmüddətli kredit şərtləri ilə də satılır:

"Bakı şəhərində daşınmaz əmlak bazarında son illər qiymət artımları davam edir. Son üç ildə artımların daha çox olduğu müşahidə edilir. Bu cür layihələr təbii ki, aztəminatlı insanlar üçün mənzil sahibi olmağı əlçatan edir. Qeyd edim ki, tam təmirli bu mənzillər dövlətin sifarişi ilə tikildiyinə görə orada qaz, su, işıq və kommunikasiya xətləri və çıxarışları təmin olunub".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar