Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Tarix: 28-04-2024 10:11     Baxış: 354 A- / A+


Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır
Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb.
Manevr.az-ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb, 74 nəfər məsuliyyətə cəlb olunub.
Bundan əvvəl Ali Rada Qumar və Lotereya Oyunlarının Tənzimlənməsi və Qumar Oyunlarına Nəzarətin Gücləndirilməsi üzrə Komissiyanın ləğvini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsi qumar oyunlarının reklamının məhdudlaşdırılmasını, internetdə qumar oyunlarının qadağasına dair tədbirləri nəzərdə tutur.
Qeyd edək ki, aprelin 20-də Ukrayna Prezidenti Vladimir Zelenski internetdə qumar oyunlarının məhdudlaşdırılmasına dair fərman imzalayıb. Bununla da Milli Təhlükəsizlik və Müdafiə Şurasının onlayn kazinoların reklamının məhdudlaşdırılması, həftəlik oyun limitlərinin müəyyən edilməsi, xərcləmə limitlərinin müəyyən edilməsi, hərbçilər üçün məhdudiyyətlərin tətbiqi ilə bağlı qərarı qüvvəyə minib. Ukrayna Təhlükəsizlik Xidmətinə qumar oyunlarının təşkilatçıları ilə bağlı yoxlama aparmaq tapşırılıb.
Xatırladaq ki, Ukraynada oyun biznesi 2020-ci ilin avqustunda leqallaşdırılıb. Ötən müddət ərzində ölkədə qumar oyunları geniş yayılıb. Ölkədə hərbi vəzyiyət şəraitində Kiyev və ətraf qəsəbələrdə onlarla kazino fəaliyyət göstərib. 2023-cü ildə oyun biznesindən büdcəyə daxilolma 272,5 milyon dollar olub. Ukraynada kazinolarda gündəlik uduş məbləği 10,18 milyon dollar olub. Hərbçilər arasında qumar oyunlarından asılılıq da ciddi problemlərdən biri kimi qeyd edilir.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar