Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Seçkinin vaxtı qabağa çəkilə bilər - Məzahir Pənahov

Tarix: 10-05-2024 15:17     Baxış: 453 A- / A+

Qanunvericiliyə uyğun olaraq parlament seçkiləri noyabrın əvvəlində keçirilməlidir.

Manevr.az
xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, seçkidən əvvəl həmişə Mərkəzi Seçki Komisiyası maarifləndirmə işləri həyata keçirir.
"Onun artıq vaxtı çatıb. Bu günlərdə biz hətta iclasda müzakirə etdik ki, biz maarifləndirmə proqramını tərtib edirik. Komissiya onu bəyənir. Sonra biz tədbirlərimizi həyata keçiririk. COP29-a görə seçkinin vaxtı dəyişə bilər. Vaxt dəyişəndə də seçkinin vaxtı ancaq qabağa çəkilə bilər. Biz təcili maarifləndirmə tədbilərinə başlamalıyıq. Bu yaxınlarda siz addımların atıldığının şahidi olacaqsız", - deyə o qeyd edib.
Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Lakin müasir çağırışları nəzərə alınaraq 2019-cu il dekabrın 5-də Milli Məclis buraxıldı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edildi. Növbəti parlament seçkilərinin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.(trend)

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar