Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

BU avtomobil markasının Azərbaycanda istehsalına BAŞLANILDI

Tarix: 29-03-2024 17:13     Baxış: 474 A- / A+

Rusiyanın minik avtomobilləri istehsalçısı “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” modellərinin yığılmasına başladığını elan edib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.
“Azərbaycanda “Lada” avtomobilləri ənənəvi olaraq sevilir. Onlara uzun onilliklər ərzində tələbat var və bu gün biz respublikadakı müştərilərimizə bir az da yaxınlaşırıq”, - deyə “AvtoVAZ”ın prezidenti Maksim Sokolov bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda 1 500-ə qədər avtomobil istehsal edilə bilər.
“Biz “Granta” ilə başlayırıq və 2024-cü ilin sonuna qədər “Niva” ailəsi – “Legend” və “Travel” ilə (sınaq nümunələri artıq yığılıb və keyfiyyət auditindən keçir), eləcə də “Vesta” ailəsi ilə yerli istehsalın çeşidini genişləndirməyi planlaşdırırıq”, - deyə o, bildirib.
Sokolov illik istehsal həcminin 4-5 min avtomobilə çata biləcəyini gözləyir. İstehsalçı yaxın bir neçə ildə bu rəqəmlərə çatmağa ümid edir.
Şirkət prezidentinin sözlərinə görə, Azərbaycanda istehsalın açılması “Lada”ya yerli bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmağa və brendin respublikada mövcudluğunu artırmağa kömək edəcək.
Şirkətdən bildirilib ki, hazırda Azərbaycanda yerli istehsal sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanılması üçün dayanacaq təşkil edilib.
Onlar əlavə ediblər ki, bu layihənin heyətinə Tolyattidən olan mütəxəssislər təlim keçiblər və istehsal olunan hər bir avtomobil yol sınaqlarından keçirilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar