Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - Şəkillər

Tarix: 25-04-2024 21:38     Baxış: 373 A- / A+
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə üzrə cinayət təqibinə xitam verilib.

Yekun olaraq təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Ziya Mansurov təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, 25 noyabr 2021-ci ildə Sabirabad Rayon Prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə sümük qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.

Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu "Caspian İnşaat MB" MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.

Sabirabad Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.

Müəyyən edilib ki, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.

İstintaq orqanı tərəfindən Rafət Qəniyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. report 

Manevr.az 

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTOMaşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar