Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO

Tarix: 26-04-2024 17:53     Baxış: 466 A- / A+

Manevr.az bildirir ki, Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.
Bu dəfə ucsuz-bucaqsız tropik meşələri, qəhvə plantasiyaları və florasının rəngarəngliyinə görə dünyada tayı-bərabəri olmayan ölkədən - Kolumbiyadan bəhs olunub.
Bura Xristofor Kolumbun şərəfinə belə adlandırılıb. Paytaxtı Boqota şəhəridir və on milyon əhalisi var. Burada insanların həyat tərzini yaşadığı məhəlləyə görə ayırd etmək olar. Kasıblar şəhərin birinci, varlılar isə altıncı rayonunda yaşayırlar.
Kolumbiya inanclı ölkədir. Burada katolik məktəblər hələ də fəaliyyət göstərir və abort qadağandır. Kilsə bunun tam əleyhinədir və din adamları deyirlər ki, əgər qadın dünyaya gətirdiyi uşağa baxmaq istəmirsə, onu arzulayan digər ailəyə övladlığa verə bilər.
Kolumbiyanın ən böyük problemlərindən biri yeniyetmə qızların hamilə qalmasıdır. Belə halların baş verməməsi üçün məktəblərdə 30 ildir ki, xüsusi dərslər keçirilir. Bəzən belə yeniyetmələri evdən qovurlar. İşsiz, müdafiəsiz və tənha qızlar küçədə yaşamağa məcbur qalırlar.
Boqotanı təhlükəsiz şəhərlərə aid etmək olmaz. Baxmayaraq ki, bu məsələ hökumətin diqqətindədir. İllər öncə Pablo Eskobarın bu ölkədə törətdiyi partlayışlar, cinayətlər hələ də şəhər sakinlərinin xatirindədir.
İndi də ölkədə minimum bir adam itkin düşür. Hal-hazırda Kolumbiyada 50 minə yaxın insan itkin hesab olunur. Bir çoxları kriminal qruplara daxil olduqlarından gözdən itib, digərləri isə iş axtarışına çıxaraq bütün əlaqələri kəsib, bəziləri isə həyatla vidalaşıb.
Ətraflı süjetdə:





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar