Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Ədəbiyyat" dərsliyinin müəlliflərindən biri və redaktoru vəfat etdi

Tarix: 07-05-2024 10:11     Baxış: 490 A- / A+



Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Fazil Əhmədov vəfat edib.
Manevr.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, ötən gün 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əhmədov Fazil Zaməddin oğlu 1950-ci ildə Qəbələ rayonunun Həmzəli kəndində anadan olub. O, 1968-1972-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunda təhsil alıb. Daha sonra Qəbələdə məktəb müəllimi işləyib. 1979-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1994-cü ildə ADU-nun Ümumi və Azərbaycan dilçiliyi kafedrasında, daha sonra Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib. 2005-ci ildə  Azərbaycan dilçiliyi kafedrası üzrə dosent elmi dərəcəsi adını alıb.

34 məqalə, 1 dərslik, 3 proqram, 1 lüğət, 2 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir. 
1991-ci ildə çap olunmuş bircildlik "Azərbaycan ədəbi dili tarixi" kitabının, 1994-cü ildə hazırlanmış üçcildlik  "Azərbaycan dilinin tarixi lüğətinin", 2000-ci ildə çapdan çıxmış MTK-nın 6-cı sinfi üçün "Ədəbiyyat" dərsliyinin həmmüəlliflərindən biri və redaktoru olub.

2005-ci ildə "XVIII Azərbaycan ədəbi dilinin inkişafında M.V.Vidadinin rolu", 2018-ci ildə "Köməkçi nitq hissələrinin semantik  xüsusiyyətlərinin tədrisi məsələləri" adlı dərs vəsaiti çap olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar