Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR

Tarix: 29-03-2024 15:50     Baxış: 4108 A- / A+
Qadınlar yuyucu vasitələr alarkən onlara vurulan xoş ətirli qoxulara aldanırlar. Bu qoxu isə insan orqanizmi üçün çox zərərlidir. Yuyucu tozlara vurulan ətirlər onların tərkibində olan kimyəvi maddələrin qoxularını aradan qaldırmaq üçün istifadə olunur.
Bəs yuyucu tozlara vurulan kimyəvi maddələrin insan orqanizminə nə kimi ziyanları var?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan toksikoloq Vahid Rzayev bildirib ki, istənilən yuyucu tozun tərkibində ağardıcı, fosfat və xlor tərkibli maddələr olur.
"Onların arasında ən geniş yayılan kimyəvi maddə hipoxloriddir. Bu da, əsasən, ağ paltarlarda süni ağlıq yaradır. Yuyucu tozların tərkibində olan bu maddələr tozlanma ilə nəfəs yollarına keçərək ürək damar və onkoloji xəstəliklərin yaranmasına səbəb olur".
Vahid Rzayev qeyd edib ki, bu maddələr dəri ilə təmasda olduqda, dəridə qızartılar və qaşınma yaradır.
"Beləliklə, həmin maddələr dəri vasitəsilə orqanizmə mənfi təsir göstərir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. Bu zaman isə ekzema, neyrodermatit və psoriaz da daxil olmaqla bir çox dəri patologiyaları yarana bilir. Yerli allergik reaksiyalardan başqa, kimyəvi maddələrin kəskin qoxusu halsızlıq, baş ağrısı yarada, eləcə də müqaviməti də zəiflədə bilir. Məhz bu baxımdan uşaq paltarları üçün nəzərdə tutulmuş sadə tərkibli yuyucu tozlardan istifadə etmək lazımdır. Çünki onların tərkibində xlorlu birləşmələr olmur. Bundan əlavə, bu halların qarşısını almaq üçün qoxusu az olan dənəvər halda satışa buraxılan yuyucu vasitələrdən istifadə etmək lazımdır. Yuyucu vasitələrdə təmasda olarkən əlcəklərdən istifadə etmək tövsiyə edilir".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar