Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşa ilə bağlı sənəd İMZALANDI - Şəkillər

Tarix: 28-03-2024 22:02     Baxış: 375 A- / A+
Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb. Sənədi gənclər və idman naziri Fərid Qayıbov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan imzalayıblar.

Qeyd edək ki, İƏT-in 10-cu "Gənclər Paytaxtı" seçilən Şuşa şəhərində islam dünyası gənclərinin həyatının və inkişafının bütün sahələrini əhatə edəcək - elm, mədəniyyət, idman, sahibkarlıq, sosial mühəndislik, təhsil və yaradıcı sənaye istiqamətlərinə uyğun olaraq 12-dən çox irimiqyaslı oflayn və onlayn tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

İmzalanma mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibi Rəsul Ömərov, Gənclər və İdman Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun nümayəndələri iştirak edib.

Tədbirin sonunda gənclər və idman naziri Fərid Qayıbov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanın iştirakı ilə mətbuat konfransı keçirilib.

Manevr.az 








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar