Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu sızanaqlar ciddi xəstəlikdən xəbər verir

Tarix: 28-03-2024 17:40     Baxış: 399 A- / A+

Bu sızanaqlar ciddi xəstəlikdən XƏBƏR VERİR 

Dəridə olan səpkilər insanları narahat edən sağlamlıq problemlərindən biridir. Bədəndə, üzdə yaranan səpkilər və sızanaqlar müxtəlif daxili xəstəliklərin xəbərçisidir.
 
Bəs sızanaqlar hansı xəstəliklərin göstəricisidir?
 
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Sevinc Məmmədova bildirib ki, istər yeniyetməlik, istərsə də gənclik dövründə bir çox insanı narahat edən sızanaq xəstəliyi piy vəzilərinin iltihablaşması nəticəsində baş verir.
 
“Onlar, adətən, üzdə, sinədə, kürəkdə, yəni piy vəzilərinin çox olduğu nahiyələrdə meydana gəlir. Sızanağı saç folekullarının və piy vəzilərinin mürəkkəb xəstəliyi adlandırmaq olar. Sızanaqların yaranmasında ilkin səbəb piy vəzilərinin hiperfunksiyasıdır. Bədəndə yaranan sızanaqlar, əsasən, daxili xəstəliklərlə əlaqədar olur. Boyun nahiyəsində meydana gələn sızanaqlar böyrəküstü vəzilərin həddindən çox işlədiyinin göstəricisidir. Bu o deməkdir ki, orqanizmdə hormon pozğunluğu var. Çox şəkərli qidalar yedikdə və stressli həyat tərzi keçirdikdə də bu nahiyədə sızanaqlar yarana bilər. Çiyinlərdə müşahidə edilən sızanaqlar isə həddindən artıq stressin göstəricisidir”.

Dermatoloq qeyd edib ki, sinə bölgəsində yaranan sızanaqlar həzm sistemi ilə əlaqədardır.
 
“Yağlı, ədviyyatlı qidaları çox istehlak etmək və yaxşı qidalanmamaq onların yaranmasına səbəb olur. Qarın bölgəsində sızanaqlara çox az rast gəlinir. Bu hissədə əgər səpkilər olsa, bu, qan şəkərinin səviyyəsinin yüksək olması ilə bağlıdır. Omba və ayaqlarda yaranan sızanaq allergiya ilə sıx əlaqədardır. Bədən kremlərinin, duş gellərinin tərkibində olan bəzi maddələr allergiyaya səbəb olur. Həmçinin dərini ölü hüceyrələrdən təmizləmək üçün tərkibində salisil turşusu olan nəmləndiricilərdən istifadə etmək lazımdır. Bundan əlavə yuxu rejimini normaya salaraq və düzgün qidalanaraq bu problemdən xilas olmaq mümkündür”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar