Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ekoloji problemlər və müasir həyat” adlı maarifləndirici tədbir keçirilib - Şəkillər

Tarix: 28-03-2024 15:57     Baxış: 3165 A- / A+
  
Azərbaycan Respublikası Konstitusiyasının ll fəslinin 78-ci maddəsində deyilir ki,  ətraf mühitin mühafizəsi hər bir şəxsin borcudur.
Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirmək üçün ölkə vətəndaşlarının ekoloji mədəniyyətini inkişaf etdirilməsi pedaqoq alimllər, müəllim və tərbiyəçilər qarşısında mühüm vəzifə olaraq qoyulmuşdur.
Ekoloji mədəniyyətin formalaşdırılması fasiləsiz olaraq ailədən, uşaq bağçalarından başlayaraq ümumtəhsil məktəblərində və nəhayət ali məktəblərdə aparılmalıdır. 
Tədris müəssələrində ekoloji bəlalarla, ekoloji şüurla, ekoloji təfəkkürlə, ekoloji fəaliyyətlə, təbiətə qayğılı münasibət bəsləməklə bağlı biliklərin verilməsi ekoloji tərbiyənin əsəs mahiyyətini və məzmununu təşkil edir.
Müasir dövrdə qlobal problemlərin sırasında ekoloji poblemlər birinci yeri tutur. Bu gün qlobal problem olan ekoloji problemlər bəşər cəmiyyətinin ümumi mənafeyini əks etdirir.
Bundan başqa ekoloji problemlər sivilizasiyanın inkişafına birbaşa təsir göstərir.
Ekoloji problemlərin miqyası genişləndikcə sosial-iqtisadi tərəqqi kəskin şəkildə ləngiyir və bəşər mədəniyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qalır.
Ekoloji problemləri təhlil etmək üçün iqtisadiyyat, sosial, təbiət və texnika sahələri üzrə elm nümayəndələrinin birgə fəaliyyətinə ehtiyac duyulur. 
ABŞ və İsveçrədən olan bir qrup alim Yer kürəsinin bir çox regionlarında qurunt suların tükənməsinin həyəcanverici sürətinə diqqət çəkib.
Nəticələr göstərib ki, qurunt sularının səviyyəsi 2000-ci ildən bəri çox yerlərdə aşağı düşüb.
Bir çox bölgələrdə bu rəqəm hər il 50 santimetrdən çox azalır. 
Bu, Əfqanıstan, Çili, Çin, Hindistan, İran, Meksika, Mərakeş, Səudiyyə Ərəbistanı, İspaniya və ABŞ-nin cənub-qərbində baş verir.
Daha həyəcanverici bir nəticə ondan ibarətdir ki, tədqiq olunmuş ərazilərin təxminən üçdəbir hissəsində qrunt sularının səviyyəsinin aşağı düşmə sürəti daha  da  artmaqdadır.
Təbii ki, bizim ölkəmiz də bu problemdən kənarda deyildir.
Bu baxımdan hər il ölkəmizdə ekoloji mühitin saflaşdırılması ilə bağlı müxtəlif xarakterli tədbirlər həyata keçirilir.
Belə tədbirlərin sırasına bu günlərdə Yasamal rayonu Aslan Ağaverdiyev adına 31№-li  tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” nın üzvləri və məktəb rəhbərlıyi  tərəfindən hazırlanan Ekoloji problemlər və müasir  həyat”  adlı maarifləndirici hesabat  tədbirini də aid etmək olar. 
Müasir dünyada əsas qlobal problemlərdən biri mövcud su ehtiyatlarının azalması və çirklənməsidir. Bu problemin kökündə bir sıra səbəblərin  mövcudluğu bu gün diqqət çəkən məsələlərdəndir.
Əhalinin sayının artması, sənayenin və kənd təsərrüfatının inkişafı ilə suya ehtiyac kəskin şəkildə artır.
Son onilliklərdə dünyanın bir çox bölgələrində su çatışmazlığı hiss olunur. Su ehtiyatlarının kəmiyyətcə və keyfiyyətcə tükənməsi prosesi gedir, bu da keyfiyyətsiz suyun istifadəsi ilə əlaqədar əhalinin xəstəlik hallarının artmasına, eləcə də  iqtisadiyyatın zəifləməsinə səbəb olur.
Tədbirdə  məktəbin şagirdləri ”Dünyanın su ehtiyatları” (Abdullayeva Alimə), ”Şoran suları və onların yuyulması” ( Zeynəb Sadıqzadə), “Qurunt suları” (Aylin Cabbarova)və s. mövzularda təqdimatlar nümayiş etdilər. 
Onlar çıxışlarında su probleminin yaranma səbəblərini, iqlim dəyişmələrinin su ehtiyatlarına təsirini, sudan qənaətlə istifadənin  əhəmiyyətini, sudan səmərəli istifadə  yollarını müzakirə edərək birgə fikir mübadiləsi apardılar. 
Məktəbin direktoru Zülfiyyə Rəsulova, fənn  müəllimləri Ülviyyə Həsənova və Kəmalə Hüseynova tədbirdə iştirak edərək şagirdələrə müzakirə olunan mövzularla bağlı praktiki tövsiyələr verdilər. 
Biz də, öz növbəmizdə, məktəbin müsbət  təşəbbüsünü alqışlayaraq belə qənaətə gəlirik ki, ekoloji tərbiyə işi müasir tələblər əsasında qurularsa, onda məktəblilər ekologiya və təbiətin mühafizəsi kimi mühüm vəzifələrin həyata keçirilməsində fəal iştirak edərlər.

Manevr.az
 














Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar