Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Eşşəyə aktyordan daha çox qonorar verildi - Azərbaycanda

Tarix: 27-03-2024 21:09     Baxış: 373 A- / A+
Azərbaycanın istehsalı olan bir filmdə baş rollardan birinə çəkilən eşşəyə aktyorlardan çox qonorar verilib.

Söhbət “Qəm pəncərəsi” filmindən gedir. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin motivləri əsasında çəkilmiş bu filmdə Xudayar bəyin Məşədi Həsən kişinin əlindən alıb geri qaytarmadığı eşşəkdən söz açılır.

Film çəkiləndə kəndlərdə məhsul yığımı mövsümü olduğu üçün kənd adamlarından eşşək icarəyə götürmək xeyli çətin olub.

Üstlik, film üçün bir neçə eyni boy və rəngdə heyvanlara ehtiyac olub. Çəkiliş zamanı aktyorlar eşşəklərin inadlarını buraxıb hərəkət eləmələrini, çəkiliş meydançasına alışmalarını çox gözləməli olublar.

Bu filmdə aktyorlara gündəlik 7 manat,  “kaprizli” eşşəklərə isə 10 manat qonorar yazılırmış.

Eyni hal “7 oğul istərəm”, “Dədə Qorqud”, “Atları yəhələyin” filmlərində də yaşanıb.  “Dədə Qorqud” filmində  Rasim Balayevin Beyrək rolunda güləşməli olduğu şirə onun aldığından 10 qat artıq qonorar verilib. Adları çəkilən digər filmlərdə isə atlara aktyorlardan çox qonorar yazılırmış. Çünki heyvanlarla birlikdə onların baxıcılarını, baytarlarını, onlara verilən yemi də kinostudiya maliyyələşdirirdi.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar