Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yunan əsatirlərindəki qadınlar Azərbaycanda yaşayıb - avropalı alimlər Xınalıqda nə tapdı?

Tarix: 26-03-2024 21:57     Baxış: 376 A- / A+
Yunan miflərindəki qadın döyüşçülər tayfası olan Amazonlar, ehtimallara görə reallıqda mövcud olublar. Onların güman olunan prototipləri təxminən 4000 il əvvəl Qafqazda və Orta Asiyada yaşayan köçəri qadınlar olub. Bu barədə “The Guardian“a britaniyalı tarixçi və yazıçı Bethany Hyuz məlumat verib.

Alimin sözlərinə görə, 2019-cu ildə Rusiyada ox ucları və nizə ucları ilə birlikdə basdırılmış 4 qadın döyüşçünün qalıqları aşkar edilib. 2017-ci ildə isə erməni arxeoloqları döyüş zamanı aldığı yaraların izləri və ox ucu içində ilişmiş qadın qalıqlarını tapıblar.

Hyuz qeyd edib ki, bu qadınların hamısının barmaq sümüklərində xarakterik əyriliklər var, bu da onların həyatları boyu yay və oxlardan istifadə etdiklərini göstərir. Bundan əlavə, skeletlərin çoxunda yəhərdə uzun müddət istifadə edildiyini göstərən dəyişikliklər də olub.

Ekspedisiyaların birində bir qrup arxeoloq Azərbaycanın 2200 metr hündürlükdə yerləşən və Avropanın ən hündür yaşayış məntəqəsi sayılan Xınalıq dağ kəndində olub. Bu kənd tunc dövründən mövcud olub.

Xınalıq sakinləri tədqiqatçılarla xalq rəvayətlərini bölüşüblər ki, yerli qadınlar düşmən onları tanımasın deyə üzlərini örtüb döyüşüblər. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar