Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ Ayda dəmir yolu xətti yaradacaq - Şəkil

Tarix: 26-03-2024 16:55     Baxış: 362 A- / A+

ABŞ Ayda dəmir yolu xətti yaradacaq - FOTO

ABŞ gələcəkdə Ayın cənub qütbündə bəşəriyyətin daimi məskunlaşacağı baza yaratmağı hədəfləyir.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, bu planlara uyğun olaraq Ay səthində yüklərin və insanların daşınmasını təmin edəcək “dəmir yolu şəbəkəsi”nin qurulması işlərinə başlanılıb.
"Northrop Grumman" şirkəti tərəfindən hazırlanmış "Ay dəmir yolu planı"nın Ayda ciddi və davamlı iqtisadi inkişafı təmin edəcəyi gözlənilir.
Şirkət nümayəndələri bildirib ki, bu, ABŞ və beynəlxalq tərəfdaşlar üçün kosmik iqtisadiyyata töhfə verə bilər.
"Northrop Grumman" bəşəriyyəti kosmosa köçürməyə kömək edəcək ideyalar yaratmaq məqsədi daşıyan "Luna-10" tədqiqatında iştirak etmək üçün dekabr ayında ABŞ-nin Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən seçilmiş 14 şirkətdən biri idi.
Başlamaq üçün şirkət Ayda dəmir yolu xəttinin çəkilməsi üçün hansı resurslara ehtiyac olduğunu müəyyən edəcək.
Daha sonra layihənin xərcləri və riskləri hesablanacaq və işlək Ay dəmir yolu sisteminin prototipləri yaradılmağa başlanacaq.
DARPA tərəfindən Luna-10 tədqiqatında iştirak etmək üçün seçilən digər şirkətlər arasında İlon Maskın "SpaceX" və Jeff Bezosun "Blue Origin" şirkətləri də var.
Şirkətlər gələn ay "Lunar Surface Innovation Consortium"da işləri ilə bağlı daha ətraflı məlumat verəcəklər.
ABŞ və Çin Ayın sirli cənub qütbünün daimi Ay bazası qurmaq üçün ən yaxşı yer olduğuna inanır.sfera.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar