Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nəzakət Teymurova: “O torpaqda yenidən yeni həyat qurmaq lazımdır”

Tarix: 18-03-2024 22:38     Baxış: 379 A- / A+
“Hər bir azərbaycanlıya çağırış edirəm. Gəlin, bir olaq, birgə olaq. Hamımız dəstək olaq. O torpaqda yenidən yeni həyat qurmaq lazımdır. Və bu da bizim çiynimizə düşür”.

Bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova deyib.
Bir sənətkar olaraq doğma yurda qayıdıb, yaşayacağını bildirən Xalq artisti orada Azərbaycan mədəniyyəti üçün əlindən gələni edəcəyini deyib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə video çarxlar hazırlanır.

Xalq artisti Nəzakət Teymurovun iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar