Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zelenski: Biz əks hücuma hazırıq

Tarix: 03-06-2023 17:15     Baxış: 4133 A- / A+
Ukrayna prezidenti Vladimir Zelenski əks-hücuma başlamağa hazır olduğunu bəyan edərək, eyni zamanda bu prosesin bir qədər vaxt aparacağını və baha başa gələcəyini vurğulayıb.
Manevr.az BBC Ukraynaya istinadən xəbər verir ki, o, bu barədə WSJ-yə müsahibəsində bildirib.

“Biz uğur qazanacağımıza qəti inanırıq. Bunun (əks-hücum - red.) nə qədər vaxt aparacağını bilmirəm. Düzünü desəm, fərqli yollarla, tamam başqa cür gedə bilərdi. Amma biz bunu edəcəyik, hazırıq”, - Zelenski bildirib.

WSJ-nin qeyd etdiyi kimi, Ukrayna dövlət başçısı Rusiyanın cəbhə xəttində səmada üstünlüyünə malik olduğunu etiraf edib və güclü silahların olmadığı təqdirdə “çox sayda hərbçinin öləcəyini” vurğulayıb.

“Biz müəyyən şeylərə sahib olmaq istərdik, amma aylarla gözləyə bilmərik”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, Ukrayna öz şəhərlərini və cəbhə xəttindəki qoşunlarını qorumaq üçün əlavə “Patriot” raket batareyalarına ehtiyac duyur. Zelenskinin sözlərinə görə, o, 50 belə batareyaya sahib olmaq istərdi, çünki bu, Rusiya raketlərinin bəzi növlərini tuta bilən yeganə sistemdir.

Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar