Sizin Reklam Burada
Xəbər lenti
03-06-2023
02-06-2023
BÜTÜN XƏBƏRLƏR

Dr. Mixael Raynhard Hess: “Spiegel”in adətkar olduğu propaqanda

Tarix: 24-05-2023 19:00     Baxış: 445 A- / A+
Almaniyanın “Spiegel” jurnalı bu il may ayının 22-də özünün internet səhifəsinə “Ermənistan Dağlıq Qarabağı Azərbaycana verəcək” başlıqlı qərəzli və faktların təhrifi ilə dolu redaksiya məqaləsi yerləşdirib.
Məqalədə Ermənistan baş nazirinin son bəyanatına istinadla “mübahisəli Dağlıq Qarabağ regionunun tezliklə Azərbaycana məxsus olacağı” əsas tezis kimi verilib.
https://www.spiegel.de/ausland/bergkarabach-konflikt-armenien-will-bergkarabach-an-aserbaidschan-abgeben-a-017c3d1c-20fc-4d31-b409-f3410f2ffc55?sara_ref=re-so-app-sh
Qafqaz regionunun tədqiqatçısı, tanınmış alman alim Dr. Mixael Raynhard Hess bununla əlaqədar “Spiegel”ə etiraz məktubu ünvanlayıb və öz Feysbuk səhifəsində onu yayımlayıb: 
https://www.facebook.com/michael.berlinistanbul/posts/pfbid0pYVXYqcqSuDD7FVtCCxcybzJ7V9TnTHBUdtWWSfXdcvz88YFG78dSuDSPbvx6FnXl
Dr. Hess yazır ki, “bu məqalə də, “Spiegel”də bu mövzuya aid dərc olunan məqalələrin hamısı kimi, birtərəfli şəkildə erməni millətçi təbliğat kursuna xidmət edir.” Bu birtərəflilik özünü ilk olaraq toponimin adının düzgün verilməməsində göstərir, “rəsmi adı Xankəndi olan şəhərin Azərbaycan dilində yazılışı, heç olmazsa, paralel ad kimi belə xatırlanmır. Bu, aktual 
olaraq, ona bərabər olardı ki, “Kyiv” alman mətbuatında yalnız“ Kiev” kimi verilir və bununla yalnız işğalçının tətbiq etdiyi nomenklatura istifadə edilir”.
Redaksiyaya əvvəllər göndərdiyi bir sıra etiraz məktublarına baxmayaraq, elmi cəhətdən əsası olmayan “anklav” ifadəsinin hələ də istifadə edilməsinin nəinki savadsızlıqdan, həm də tərs inadkarlıqdan xəbər verdiyi qeyd edən Dr. Hess sonra yazır: “Amma, elementar siyasi və tarixi biliklərə malik olmadan belə, müəllif bu pamfletində bu ifadənin kökündən səhv olduğunu görməliydi.”
Dr. Hess sual verir ki, “məqalədə Qarabağın bir hissəsinin “anklav” kimi damğalanması, Ermənistan tərəfindən (“səxavətlə!”) “veriləcəyinin” iddia edilməsi və eyni zamanda buranın 1991-ci il ildə guya müstəqillik əldə etməsi iddia edilməsi biri-biri ilə necə uzlaşdırıla bilər? “Şpiegel”in erməni 
propaqandası ilə dolu fantaziya aləmindən həqiqətlər dünyasına geri qayıdaraq xatırlatmaq lazımdır ki, sözügedən separatçı region heç vaxt, heç bir dövlət tərəfindən, o cümlədən və məxsusi olaraq Ermənistan tərəfindən də siyasi cəhətdən tanınmamışdır. 
Bu ərazi heç vaxt Ermənistanın anklavı olmayıb, buna görə də Ermənistana aid olmayan ərazi onun tərəfindən heç vaxt kiməsə də “verilə bilməz”, heç vaxt Ermənistan tərəfindən müstəqil dövlət quruluşu kimi tanınmayıb, bu ərazi separatçıların və terroristlərin zəbt etdiyi və 30 il müddətində işğal altında saxladığı Azərbaycan ərazisidir.”
Qarabağ regionunun tarixinə və siyasi gündəminə dair çoxsaylı nəşrlərin müəllifi olan alman alim yazır ki, “Spiegel” Qarabağın Azərbaycana məxsusluğu barədə mübahisə doğurmayan həqiqətin BMT tərəfindən fakt kimi təsdiq edilməsini ayrıca akt kimi izolyasiya edib verməklə həmişə 
həqiqəti nisbiləşdirməyə cəhd edir.
Dr. Hess yazısının sonda saxtalaşdırılmış və uydurma reportajları, yoxlanılmamış “faktları” ilə jurnala böhran yaşatdıran və 2019-cu ildə ifşa edilən keçmiş “Spiegel” jurnalisiti Claas Reolitiusun macərasına işarə edərək “Spiegel”i əsl top atəşinə tutur ki, “Relotius qalmaqalı yaşamış “Spiegel” keyfiyyətli media olmaq iddiasını itirməkdə davam etməkdədir. 
Ancaq bəlkə “Spiegel” də gələcəyini “Bild” kimi sarı mətbuatın istinad etdiyi bulvar mövzulara yer ayırmaqda görür”.
Xatırladaq ki, almaniyalı ədəbiyyatşünas və tarixçi alim, fəlsəfə elmləri doktoru Mixael Raynhard Hess Azərbaycanın tarixi və siyasi reallıqları barədə çoxsaylı yazıların, alman dilində “Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” 
(2016), ingilsi dilində 3 dəfə nəşr edilən “Qarabağ 13-cü əsərdən 1920-ci ilədək. Azərbaycan tarixinin acılımı” (2020-2022) kitablarının müəllifidir. Dr. Hessin 2022-ci ildə Berlində alman dilində nəşr etdiyi böyük həcmli “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi” (2022) kitabı mətbuatda və elmi dairələrdə böyük əks-səda doğurub.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar