Sizin Reklam Burada
Xəbər lenti
03-02-2023
02-02-2023
BÜTÜN XƏBƏRLƏR

Lavrov: Fransa başqa ölkələrin daxili işlərinə müdaxilə edir

Tarix: 24-01-2023 19:18     Baxış: 367 A- / A+

Afrikanın cənub-şərqindəki Esvatininin paytaxtı Mbabaneyə səfər edən Lavrov Esvatininin xarici işlər naziri Tuli Dladla ilə görüşüb.

Manevr.az xəbər verir ki, görüşdən sonra təşkil edilən mətbuat konfransında danışan Lavrov Fransa prezidenti Emmanuel Makronun “Burkina Fasonun fransız əsgərlərinin ölkədən çıxması tələbinin arxasında Rusiya dayanır” açıqlamasını dəyərləndirib.

"Bu bir xarici siyasət məsələsidir, biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Ancaq Makronun açıqlamaları Fransanın müdaxilə etdiyini göstərir", - Lavrov  deyib

Analoji hadisənin Malidə daha əvvəl də yaşandığına diqqət çəkən Lavrov, Mali rəhbərliyinin Fransanın qoşunlarını çıxarmaq və ölkənin şimalındakı bazalarını ləğv etmək qərarının təhlükəsizliyə təhdid olduğunu xatırladaraq, Rusiyanın özəl hərbi şirkətinə müraciət etdiyini xatırladıb. 

Fransanın özəl hərbi şirkətlərinin Avrasiya sahəsində fəaliyyət göstərdiyini qeyd edən Lavrov vurğylayıb ki, bizi Mərkəzi Afrika Respublikasında, Malidə, indi də Burkina Fasoda Fransanın maraqlarına zərbə vurmaqda ittiham edirlər. Bu, Avropa İttifaqının (Aİ) tətbiq etdiyi fəlsəfə və düşüncədi.  
"Bu zehniyyət 2000-ci illərdə Ukrayna üçün də istifadə olunub. Ukraynaya ya Rusiyanın, ya da Qərbin şərti qoyuldu. Eyni məntiq Afrika qitəsi üçün işləyir”, - deyə o bildirib.

Fransanın Liviyaya hücumda aparıcı rol oynadığını və Liviya dövlətinin dağılmasına səbəb olduğunu dilə gətirən Lavrov Fransanın Liviyada terrorçulara dəstək verməklə Afrikada hələ də müşahidə edilən terror dövriyyəsini qızışdırfığını vurğulayıb.

“Avropalı və qərbli həmkarlarımızın xarici siyasət fəaliyyətlərində hələ də müstəmləkəçilik  və “parçala, hökm sür” təfəkküründən istifadə olunması təəssüf doğurur”, - Lavrov bildirib. 

Nazir Lavrov qeyd edib ki, o və Esvatini təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

Sevinc
Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar