Sizin Reklam Burada
Xəbər lenti
03-02-2023
02-02-2023
BÜTÜN XƏBƏRLƏR

Tanınmış marketoloq xanımını döyüb? - AÇIQLAMA

Tarix: 23-01-2023 16:51     Baxış: 357 A- / A+

Tanınmış sosial media mütəxəssisi və şirkət rəhbəri İlqar Mirzə barəsində cinayət işi başlanıb.
Manevr.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinir.
Belə ki, İlqar Mirzə bu il yanvarın 8-də həyat yoldaşını birgə yaşadıqları evdə döyüb. O, ailə münaqişəsi zəminində xanımının baş nahiyəsindən bir neçə dəfə vurmaqla, burun qanaxması və göz nahiyəsində əzilmələrə səbəb olub.
Məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində təhqiqat aparılıb. İlqar Mirzə barəsində cinayət təqibi başlanaraq toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi ilə əlaqədar məhkəmənin hazırlıq iclası 27 yanvara təyin edilib.
Hadisə ilə bağlı İlqar Mirzə “Qafqazinfo”ya açıqlamasında məsələnin həqiqətəuyğun olmadığını və bu işin sifariş olduğunu iddia edib: “Hadisəni araşdıran təhqiqatçıdan daha ətraflı məlumat əldə edə bilərsiniz”.
Qeyd edək ki, uzun müddətdir sosial media sahəsində mütəxəssis kimi çalışan İ.Mirzə TedX, MilliNet, Xaricdə Təhsil Forumu kimi bir sıra böyük tədbirlərdə təlimçi kimi çıxış edib. O, hazırda SMM şirkətlərindən birinin rəhbəridir.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar