Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda avtobus dayanacağını taksilər "zəbt" edib -ŞƏKİLLƏR

Tarix: 03-12-2022 11:10     Baxış: 3344 A- / A+

Bəzi sahələrdə rastlaşdığımız neqativ hallar cəmiyyətdə haqlı etirazlar yaradır.
Sumqayıt gözəldir, gün-gündən abadlaşır deyirik, amma  hərəkətimiz, davraşımızla bu gözəlliyə xələl gətiririk. Mədəni şəhərlərdə olduğu kimi, Sumqayıtda da hər şey yerində olsa, şəhərin görünüşü daha da göz oxşayar, gözəlliyi birə min artar. Aktuallığı ilə gündəmdən düşməyən problemlərdən biri də dayanacaqların taksilər tərəfindən "zəbt" olunmasıdır. Sumqayıtda dayanacaqlar sanki marşrutlar yox, taksilər üçündür. Təəssüflər olsun ki, şəhərin bir çox yerində bu cür mənzərə ilə qarşılaşırıq. Köhnə mərkəzi bazarın arxasında, 30, 15 nömrəli və digər marşrutların dayanacığında isə əsl dərəbəylik və biabırçılıqdı. Taksi sürücülərinin burada yaratdığı xoşagəlməz vəziyyət haqlı olaraq sakinlərin narazılığına səbəb olur. Ancaq nə fayda. Müşahidə kamerası altında baş verən bu "taksi oyun"u xeyli vaxtdır davam edir. Dayanacaqda "kök salmış" taksilər marşurut avtobuslarının dayanmasına, əsasən, məktəbli sərnişinlərin avtobusa minib düşməsinə ciddi maneçilik yaradır. Bu cür kobud qanun pozuntusu həm avtobus sürücülərinin, həm də sərnişinlərin əsəblərini tarıma çəkir. İnanırıq ki, müvafiq qurumlar və cavabdeh şəxslər artıq bu qanunsuzluğa göz yummayacaq, ""Nasosnu”ya 1 manata" deyib səsini ucaldan taksi sürücülərini avtobus dayanacağından uzaqlaşdıracaqlar. 

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar