Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

O da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - ŞƏKİL

Tarix: 02-12-2022 20:10     Baxış: 4214 A- / A+

ABŞ-ın Nyu-York şəhərindən yaşayan insan sümükləri satıcısı daimi müştərilərdən və işin xüsusiyyətlərindən danışıb. 
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı Con Ferri 18 yaşına kimi Taylandda yaşayıb. Məhz orada - atası ona siçan skeleti hədiyyə edəndən sonra sümüklər və kəllələr həyatının əsas məşğuliyyətinə çevrilib. Qeyri-adi hədiyyə o zaman 13 yaşlı Ferrini nəinki qorxutmayıb, həm də sonradan işə çevrilən hobbisini tapmağa kömək edib.
Yetkinlik yaşına çatandan sonra gənc Nyu-Yorka köçür və sənaye dizaynını öyrənməyə başlayır. Dərslərinin ağırlığına baxmayaraq, o, hobbisindən əl çəkmir. Nəticədə arzusunu gerçəkləşdirərək heyvan skeletlərinin alqı-satqısı üçün “JonsBones” şirkətini qurur.
Günlərin birində isə əntiq əşyalar və kuriyerlər mağazasına girən Ferri rəflərin birində insan kəlləsi görür.
350814
Dediyinə görə, bu onu qəlbinin dərinliklərinə kimi təsir edir və mağazanın sahibi Mayk Zonla görüşmək qərarına gəlir. Zon ziyarətçiyə kəllənin haradan gəldiyini izah edib: məlum oldu ki, o, sümükləri tibb universitetlərindən və laboratoriyalardan alıb.
Dükan sahibi ilə söhbət etdikdən sonra Con “JonsBones” çeşidini genişləndirmək və insan sümüklərini də satmağa başlamaq qərarına gəlib. Bu, onun biznesini daha uğurlu və irimiqyaslı edir: Ferri səkkiz işçi götürür və sosial şəbəkələrdə yarım milyon izləyici toplayır.
350815
“JonsBones”un əsas alıcıları tibb məktəbləri və axtarış-xilasetmə əməliyyatları aparan təşkilatlardır (Onlara xidmət itlərin hazırlanması üçün tələb olunur).
Skeletin orta qiyməti təxminən 6,5 min funt-sterlinqdir (təxminən 13,2 min manat), çanaq sümüklərini isə 69 funta (140 manat) almaq olar.
350816
Ferrinin sözlərinə görə, gələcəkdə o, ticarəti dayandırmağı və sümüklərlə maraqlanan hər kəs üçün suvenir mağazası olan muzey açmağı planlaşdırır. “JonsBones”da artıq kəllə formalı zərgərlik məmulatlarının sınaq partiyası var. Onlar da suvenirlər arasında təqdim olunacaq.
“Mən və həmkarlarım bizə gələn nümunələri gələcək nəsillərə qorumaq üçün mümkün olan hər şeyi edirik”, - deyə Con bildirib.
350817
350818



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar