Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Şuşanın gözəl memarlığı erməni işğalı zamanı dağıdılıb"

Tarix: 15-08-2022 20:15     Baxış: 4308 A- / A+

XVIII əsrin ortalarından başlayaraq Şuşada azərbaycanlılar tərəfindən tikilmiş gözəl memarlıq nümunələrinin əksəriyyəti bu torpaqların işğalı zamanı dağıdılıb.

Manevr.az bildirir ki, bunu UNESCO üzrə Malta Milli Komissiyasının sədri, dünya irsi sahəsində tanınmış ekspert Rey Bondin "Times of Malta"da dərc olunan məqaləsində yazıb.
O əlavə edib ki, işğal nəticəsində şəhərdəki tikililərin əksəriyyəti dağıdılıb, lakin Azərbaycan öz şəhərini yenidən qurmaqda qərarlıdır.
"Şəhər Azərbaycanın ən yaxşı musiqiçiləri, aktyorları, şairləri və rəssamları ilə məşhurdur. Bakıdan uzaqda olmasına və çətin dağlıq ərazisinə baxmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı kimi də tanınıb. Şuşa dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir", - məqalədə deyilir.
Müəllif vurğulayır ki, Şuşa 2020-ci ildə işğaldan azad edildikdən sonra məlum olub ki, bir vaxtlar 20 mindən çox əhalisi olan böyük şəhərdə tam qorunub saxlanılan bir dənə də olsun bina olmayıb.
O qeyd edib ki, işğaldan azad olunandan ötən iki il ərzində burada yeni yollar, bir neçə mehmanxana və digər obyektlər tikilib, qalan görməli yerlərin bərpası istiqamətində işlər davam etdirilir. Qala divarları və mərkəzi meydandakı əsas inzibati bina bərpa olunub.
R.Bondin onu da vurğulayıb ki, məscidləri dağıdan ermənilərdən fərqli olaraq, Azərbaycan həm məscidlərin, həm də kilsələrin bərpası üçün iş görür.
Məqalədə deyilir ki, dağıdılmış irsin və yaşayış binalarının bərpası kifayət qədər vaxt aparacaq, lakin Azərbaycan şəhəri dirçəltməkdə qərarlıdır.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar