Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya Rusiya silahlarından İMTİNA EDİR - ƏSAS SƏBƏB

Tarix: 15-08-2022 11:37     Baxış: 4194 A- / A+




"Müharibə sadəcə böyük faciə deyil, müharibə həm də çox şey öyrənmək, güclənmək, daha yaxşı olmaq üçün bir şansdır. Həm də tək Ukrayna deyil, bir çox başqa ölkələr üçün bu belədir".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
O bildirib ki, sovet istehsalı silahların dönəmi bitir:
"Rusiya tək Gürcüstan üçün yox, hər bir dövlətin təhlükəsizliyi üçün ölümcül təhlükə yaradır. Gəlin sadəcə bir nümunə götürək. Gürcüstan ordusu bu gün əsasən sovet silah sistemləri ilə silahlanıb. Bu sistemlərin artıq dünəndə qaldığını anlamaq üçün böyük strateq olmağa ehtiyac yoxdur. Və pis olduqları üçün yox, sadəcə olaraq bizim tərəfdaşlarımızın olduğu keçmiş sovet dövlətlərində nə varsa Ukraynaya yardım üçün göndərilir. Beləcə artilleriyamız üçün mərmi, tanklarımız üçün ehtiyat hissələri və s. götürməyə yerimiz olmayacaq.
Nəticədə silahlanmamızın böyük hissəsi yararsız metal yığıntısı olacaq. Bu vəziyyətdən ən asan və düzgün çıxış yolu NATO nümunələri qarşılığında NATO ölkələri ilə uzunmüddətli müqavilələr bağlayaraq bu silahları Ukraynaya təhvil verməkdir. İndi bunu "Ramstein" (Ramstein aviabazası ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyadakı (FRG) əsas mərkəzlərindəndir) vasitəsilə etmək şansı var. Reallıqda isə bu, siyasi iradə və çox zəhmət tələb edir. Həqiqət isə belədir ki, bu, silahlı qüvvələri müasirləşdirmək üçün həqiqətən real və yeganə şansdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar