Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İvan, idi domoy!..” - Nankor erməni...

Tarix: 15-08-2022 08:50     Baxış: 3183 A- / A+
Ermənilər Xankəndində rus sülhməramlısının qəza nəticəsində 4 erməni qadınının ölümünə səbəb olmasını sülhməramlılara qarşı nifrət mövzusuna çeviriblər. Armenianreport saytının yayımladığı məqalədə sülhməramlılar "Erməni torpağında rus hərbi geyimli qatillər" adlanır. Məqalədə ruslardan gəldikləri yerə qayıtmaq tələb edilir. Bu məqalə əslində vaxtilə azərbaycanlılara nankorluq edən ermənilərin indi də eyni mövqeyi ruslara qarşı sərgiləməsinin bariz nümunəsidir.
"Rus hərbi geyimli qatillər". Ermənistanın "armenianreport" saytının ötən gün rus sülhəmramlısının qəza törətməsi nəticəsində 4 erməni qadının ölümü ilə bağlı yazdığı məqalə bu sözlərlə başlayır.
Əslində diqqətlə baxanda təəccüblü heç nə yoxdur. Çünki, ermənilərin aləmində hər kəs səhvdir və düz olan yalnız onların özləridir. Məqalədə qeyd olunur ki, ruslar Qarabağa onları qorumağa gəlməyiblər, əksinə bu onların Azərbaycan və Türkiyə ilə birlikdə oynadıqları oyunun bir hissəsidir.
Hətta məqalədə "Evinə qayıt İvan" deməklə ruslardan  dərhal Qarabağı tərk edib getmələri tələb edilir. Bundan əlavə məqalə müəllifi bildirir ki, əgər Ermənistan indi Avropa və NATO-ya yönəlirsə rus sülhməramlıları onlar üçün ciddi təhdiddir. 
Yazıdan da göründüyü kimi artıq Ermənistanda Rusiya və ruslara qarşı nifrət kütləvi bir etiraz axınına çevrilməkdədir. Bir zamanlar  öz çörəyini onlarla paylaşan Azərbaycana qarşı  ermənilər nankorluq edib necə cinayətlər törətdilərsə, indi də bunu ruslara qarşı etməyə hazırlaşırlar. Buna görə də müəyyən fasilərlə ruslara qarşı keçirilən aksiya və mitinqlərin bu ölkədə genişlənəcəyi gözlənilir.
Çünki, aldıqları ağır məğlubiyyətdən sonra erməni cəmiyyətində nəinki ruslara inam qalmayıb, hətta onlara qarşı yaranan narazılıq artıq düşmənçilik mərhələsinə keçir.
Əslində bununla ermənilər bütün dünyaya bir daha sübut edirlər ki, onlar üçün kimin hansı fədakarlığı etməsindən asılı olmayaraq digər xalqlara qarşı nifrət, düşmənçilik ruhunun yaranması bir an məsələsidir. Buna görə də Ermənistanı müdafiə etməzdən öncə hər bir ölkə onların necə nankor olduqlarını nəzərə almalıdır./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar