Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbçi sosial şəbəkədə nə paylaşsa, işdən çıxarıla bilər? – Hüquqşünas detalları açıqladı

Tarix: 13-08-2022 10:09     Baxış: 3212 A- / A+

"Ölkənin Ali Baş Komandanı da hərbçidir, amma onun saytı, profilləri də var, hətta, müharibə dövründə sosial şəbəkələrdən aktiv istifadə edirdi. Mənə görə, hərbçi və digər sahələrdə şəxsin xüsusi təyinatlı dərəcəsi yoxdursa və öz şəklini paylaşırsa, bunda problem olmamalıdır".

Manevr.az xəbər verir ki, bu sözləri uenisabah.az-a sosial şəbəkədə profilləri olduğuna hərbçilərin işdən çıxarılmasına münasibət bildirərkən deyib. Əkrəm Həsənov qanunda dövlət və xidməti sirr istisna olaraq, digər hallarda bununla bağlı qadağanın olmadığını deyir: 
"Qanunvericiliklə bununla bağlı heç bir qadağa yoxdur. Diqqəti hərbi üzərində cəmləşdirsək, burada dövlət, xidməti sirrin qorunmalı olduğuna dair qanunda ümumi müddəalar var. Şəxslərlə bağlanılan əmək müqaviləsinin olması da istisna deyil. Yəni, qanunda olmayıb, amma işçiylə bağlanılan əmək müqaviləsində belə bir şərt əksini tapa bilər. Biz bununla bağlı heç nə bilmirik. 
Digər tərəfdən, hərbiləşdirilmiş sahələrin, güc strukturlarının bu məsələylə əlaqəli ictimaiyyətə açıqlanmayan hər hansı daxili qaydaları da mövcud ola bilər. Əgər, heç yerdə, o cümlədən, əmək müqaviləsində də bununla bağlı hər hansı nüans qeyd olunmayıbsa və həmin şəxslər profildə dövlət sirrini birbaşa və dolayısı yolla açıqlanmayıbsa onda, sosial şəbəkədən istifadə etdiyinə görə, işdən çıxarılmış hərbçilər şəxslər işdən çıxarılmasını mübahisələndirə bilərlər. 
Əmək müqaviləsində bu məsələylə bağlı nüans dedikdə, məsələn, qanunda restoranın ofisiantların hansı geyimdə olması yoxdur, amma əmək müqaviləsində geyimlə bağlı şərt ola bilməsi nəzərdə tutulur. Bu məsələ tərəflərin azadlığının öhdəsində olan məqamdır. Ölkənin Ali Baş Komandanı da hərbçidir, amma onun saytı, profilləri də var, hətta, müharibə dövründə sosial şəbəkələrdən aktiv istifadə edirdi. Mənə görə, hərbçi və digər sahələrdə şəxsin xüsusi təyinatlı dərəcəsi yoxdursa və öz şəklini qoyursa, bunda problem olmamalıdır".
Hüquqşünas sonda Azərbaycanda bağlanılan əmək müqavilələrin əksəriyyətinin şablon olduğuna da diqqətə çatdırdı:
"Əmək müqaviləsi hər şəxslə fərqli şərtlərlə imzalana bilər. Yəni, əmək müqaviləsində hüquq- mühafizə, hərbləşdirilmiş sahələrdə çalışanlara sosial şəbəkə ilə bağlı qadağalar hər bir fərdə görə dəyişə bilər. Kiməsə icazə verilə bilər, kiməsə isə qadağalar qoyula bilər. 
Azərbaycanda əmək müqavilələrinin əksəriyyəti isə şablon müddəalarla bağlanılır. Heç kəs ora xüsusi müddəalər əlavə etmir. Mən Azərbaycanda çox az halda geniş detallı əmək müqaviləsi görmüşəm. Yuxarda qeyd etdiyim xidməti və dövlət sirri, şəxsin xüsusi təyinatlı dərəcəsi istisna olmaqla, hansısa güc strukturunda şifahi şəkildə, qeyri-qanuni, heç bir qanuni əsası olmayan sosial şəbəkədə profilin olmamasıyla bağlı şifahi şəkildə tapşırıqlar olur. Bu, Azərbaycan üçün çox adi bir haldır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar