Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkədən qaçdığı deyilən polkovnik işdən çıxarıldı

Tarix: 12-08-2022 13:37     Baxış: 4227 A- / A+
Ölkədən qaçdığı deyilən gömrük polkovnikindən YENİ XƏBƏR - Öz istəyi ilə...
Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən ayrılıb. 
Manevr.az xəbər verir ki, bu barədə bakupost.az məlumat yayıb.
 
Bildirilib ki, qurumun Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun müavini polkovnik Fikrət Ələsgərli vəzifəsini tərk edib.
 
O, DGK-nın sabiq sədri Səfər Mehdiyevin kadrlarından hesab olunur.
 
Fikrət Ələsgərli bildirib ki, 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən gedib.
 
Polkovnik qeyd edib ki, bundan sonra fəaliyyətini iş adamı kimi davam etdirəcək.
 
Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov 3 ay müddətinə həbs edilib.
 
Həmin əməliyyatdan sonra M.Rəsulovun müavini Fikrət Ələsgərli ölkəni tərk etmişdi. Bu isə DGK məmurlarının həbs olunduğu bir vaxtda onun ölkədən qaçdığı barədə ehtimalları gündəmə gətirib.
 
Lakin F.Ələsgərli bakupost.az-la əlaqə saxlayaraq iddiaları təkzib edib, ölkədən istirahət məqsədi ilə ayrıldığını bildirmişdi:
 
“Ölkədən qaçmaqdan söhbət gedə bilməz. Ailəmlə birgə Antalyaya istirahətə gəlmişəm, ölkəyə geri qayıdacağam”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar