Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bulvarda beş qadın nəvə, nənə və rəfiqəsini döydü: DİN HƏRƏKƏTƏ KEÇDİ

Tarix: 04-08-2022 22:15     Baxış: 3238 A- / A+

 Tanınmış həkimin övladı, anası və anasının rəfiqəsi bulvarda döyülüb. 


Bu barədə həkim Esmira Qurbanova yerli medialara məlumat verib. Belə ki, həkim iddia edir ki, onun anası İnna Babayeva rəfiqəsi və nəvəsi ilə birlikdə dənizkənarı bulvar ərazisində gəzərkən beş nəfər naməlum qadın onları döyüb:

“Övladım nənəsi ilə birgə gəzməyə çıxıb. Qızım bulvar ərazisində velosiped sürürdü. Həmin beş qadın isə yol ortasında dayanaraq söhbət edirdi. Həmin qadınlar kənara çəkilmədiyi üçün yoldan çıxan balaca velosipeddən yıxılıb. Anam uşağın yıxıldığını görüb və buna görə həmin qadınlara irad bildirib. Anamın iradından sonra üzr istəmək yerinə, həmin qadınlar anama, övladıma və anamın rəfiqəsinə hücum çəkərək döyüblər. Hadisə yerinə post patrul əməkdaşları çağrılıb, lakin buna baxmayaraq, qadınlar polis əməkdaşlarının yanında belə əxlaqsız ifadələr səsləndirməyə davam ediblər. Mən inanıram ki, hüquq-mühafizə orqanları məsələni araşdıracaq və qanunvericilik çərçivəsində qarşı tərəf məsuliyyətə cəlb ediləcək”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib:

“Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. musavat.com 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar