Sizin Reklam Burada
Xəbər lenti
18-05-2022
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeganə fransızdilli qəzetin 15 yaşı tamam olur

Tarix: 14-05-2022 17:58     Baxış: 386 A- / A+


Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (“Yol qovşağı”) qəzeti Ədliyyə Nazirliyində 14 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu mətbu orqan ölkəmizdə ilk və yeganə frankofon (fransızdilli) qəzetdir. “Le Carrefour” qəzeti fransız dilində yeganə mətbu orqan olaraq Azərbaycan Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Qəzetin baş redaktoru Zeynab Kazımova Manevr.az-a bildirib ki, qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa, eyni zamanda fransızdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, fransızdilli oxuculara ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir.

“Qəzet özünün ilk sayından Qarabağ həqiqətlərini, ermənilərin tarixi-əzəli torpaqlarımıza qarşı ərazi iddialarının əsassız olduğunu, işğalçılıq niyyətlərini, torpaqlarımızın işğalını, xalqımıza qarşı törədilən faciələri fransız dilində oxuculara çatdırıb.
 “Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb”.

Baş redaktor deyib ki, “Le Carrefour” qəzeti sosial şəbəkələrdə də təmsil olunur. Qəzetin Tvitter, Facebook, Instagram səhifələri var.

Qəzetin 110 ölkənin mediasını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi (L’Union İnternationale de la Presse Francophone-UPF) və Fransanın TV5 kanalı ilə (TV5Monde), o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı (L’Organisation İnternationale de la Francophonie-OİF), Frankofoniya Universitetləri Agentliyinin (L’Agence universitaire de la Francophonie-AUF) Mərkəzi və Şərqi Avropa üzrə ofisi və digər fransızdilli beynəlxalq təşkilatlar ilə əlaqələri var. Fransada bu qəzeti Azərbaycanın yeganə frankofon qəzeti kimi tanıyırlar. Qəzet fransızdilli əcnəbilərin hər zaman böyük marağına səbəb olub, Fransa rəsmiləri ölkəmizə səfər edərkən eksklüziv açıqlamaları məhz bu qəzetə veriblər.

Hazırda qəzet maliyyə çətinliyi ilə bağlı nəşrini dayandırıb.

Manevr.az











Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

{sape_links}{sape_article}