Xəbər lenti
Dağbəyi Məhyəddinov: "Həmin gün mənim də öldüyümü güman edən kənd camaatı bizə yığışmışdı"

Düz 33 il əvvəl, ilin bu günü (06.08/1992) qubadlıların heç vaxt unuda bilməyəcəyi faciəli, faciəli olduğu qədər də qəhrəmanlıq səlnaməsi yazılan bir gündür.
6 avqust 1992-ci ildə baş vermiş döyüşün iştiraşçılarından 12 nəfər şəhid olub, onların hər biri yerli camaat üçün qəhrəman hesab olunsa da, 4 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Həmin qeyri - bərabər (düşmənin silah, sursat və texnika baxımından üstünlüyü) döyüşdə qəhrəman oğullarımız sərhədlərimizi canları bahasına qorumağa nail olmuşdular. Həmin döyüşün canlı şəhdlərindən (həm də şahidlərindən) biri Qubadlıda Milli Ordunun qurulmasında xüsusi xidmətləri olan, 3-cü batalyonun komandiri Dağbəyi Məhyəddinovla bu günkü görüşümüzdə, həmin günlərin həyacan və kədərin hər ilin bu günü yaşadığını dilə gətirib kövrəldiyinin şahidi oldum.
Dağbəyi Məhyəddinov: "6 avqust həm də mənim 100% ölümdən qurtarmağımın 33 ili tamam olur. O çətin məkandan, məqamdan çıxmağımı yalnız Allah elədi, Allah qurtardı. Həmin gün mənim də öldüyümü güman edib kənd camaatı bizə yığışmışdı. Həmin günü xatırlamaq və təkrar yaşamaq mənim üçün çox çətindir, ona görə ki, öz tabeliyimdə olan əsgərlər (döyüş yoldaşlarım) şəhid olmuşdu...

Qubadlıda ilk dəfə idi ki, bu sayda oğullarımız şəhid olurdu... Siz təsəvvür edin ki, mən o dövrdə hansı hisslər keçirmişəm, şəhid ailələrinə, şəhid analarına, şəhid bacılarının qarşısına çıxıb onların fəryadını eşitməmək üçün, şəhid olmağımı arzulamışdım. Amma düşmən tərəfdən atılan mərmi və güllələr konkret fərdlərə deyil, Azərbaycanın döyüşçü oğullarına atılırdı. Görünür, mənim də qismətim də şəhidlik yox, şahidlik var imiş...
7 avqust şəhidləri yola salandan sonra balaca qardaşım Mehman məni qucaqladı, sənin də şəhid olduğunu deyirdilər və mən key kimi idim, qolumdan yaralanmışdım, o qədər şəhid vermək və o ağır döyüşün stresini yaşamaq məni havalandırmışdı, özümdə deyildim, maşının arxasında oturdum, bir az getmişdim, göz yaşlarım sakitcə qeyri-ixtiyari axmağa başladı... Mən müharibənin qan-qada olduğunu, hər an ölə biləcəyimi bilirdim, bu ölümün Vətənə xidmət olduğu üçün, bu şərəfli yolda ölməyi də özümə şərəf bilirdim... Yolu biz seçsək də, alın yazısın biz yazmırıq. Şəhid döyüş yoldaşlarımızı hörmət, məhəbbət və ehtiramla anırıq, nə qədər canımızdan can var, qəlbimizdə yaşayacaqlar. Nə vaxt bu hadisəni xatırlayıram və yaxud kiməsə danışıram, qeyri-ixtiyari gözlərim dolur..."
Rövşən Murad
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar