Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən 1 milyard 626 min manat pul Azərbaycana qaytarılmayıb.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi Baş Prokurorluğa müraciət ünvanlayıb. Daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Bəsit formada desək bir qrup sahibkar Azərbaycanda yetişdikləri məhsulları xaricə aparıb satıblar və daha sonra əldə etdikləri vəsaiti ölkəyə qaytarmayıblar. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən ixrac olunan mallardan əldə olunan gəlir ölkəyə qaytarılmalıdır.
Sözügedən vəzifəli şəxslərdən Anar Süleymanov, Adil Məmmədov, Rüfət Qarayev, İbrahim Lalayev, Elməddin Muxtarov, Nizami Abdullayev, Tərlan Məmmədov, Mirsalam Seyidov, Gündüz Hüseynov və Hafiz Rezan Nicat barəsində məhkəmənin qərarı ilə həbs qətiimkan tədbiri seçilib.
Xəbər lenti
Azərbaycanda milyardlıq cinayət işi - TƏFƏRRÜAT
ƏtraflıRöyal İmanov, Elşən Əmrahov, Nicat Əlmərdanov, Elnur Qarayev barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Sözügedən pulların ölkəyə qaytarılmaması ilk növbədə Mərkəzi Bank tərəfindən aşkar olunub.
Həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Sözügedən pulların ölkəyə qaytarılmaması ilk növbədə Mərkəzi Bank tərəfindən aşkar olunub.
Həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar