Xəbər lenti
“Azərsu” əhaliyə ŞOK YAŞATDI
“Azərsu”dan istehlakçı hüquqlarının növbəti kobud pozuntusu.
Qiyməti ikiqat qaldırmağı bir yana, 10 manatdan artıq ödənişə də qadağa qoydu
Yanvarın son günü ölkə əhalisi sözün gerçək anlamında şok yaşadı : suyun qiyməti nə az, nə çox, düz iki dəfə qaldırılaraq kubmetri 1 manata çatdırıldı! Bu o deməkdir ki, hər abonent indiyədək suya görə ortalıq 15-20 manat ödəyirdisə, fevralın 1-dən 30-40 manat ödəməli olacaq. Gəlin razılaşaq ki, Azərbaycan əhalisi üçün olduqca böyük rəqəmdir . Və artım sosial-iqtisadi yöndən əsaslandırılmayıb. Düzdür, Qarabağ savaşı və pandemiya ölkəyə iqtisadi ziyan vurub, amma hökumət bu ziyanı sıradan vətəndaşının hesabına qarşılamalı deyil axı! Özü də birdən-birə suyun qiymətini ikiqat artırmaqla. Çox güman, bu gedişlə qazın və elektrik enerjisinin də qiymətləri (gecənin birində ) qaldırılacaq. Savaşdan ziyanın qarşılanmasını əhalinin üzərinə yükləyən hökumət dotasiya barədə də , əmək haqlarının, pensiyaların artırılması haqqında da fikirləşməlidir . Biz hələ Qarabağı qanları ilə suvaran, canları ilə qoruyan qazi və şəhid ailələrinə özəl imtiyazları demirik.
Suyun qiymətinin qaldırılması haqqında Tarif Şurasının qərarı bu dəfə gecə yarısı yox, gündüzün günorta çağı verildi. İnsanlar su kartlarına əvvəlki yarı qiymətinə “supulu” yükləməyə macal tapdılar. Amma və nə yazıq, “ Azərsu” ASC artıma öncədən hazırlıq görüb, sayğaclara limit qoyubmuş. 10 manatdan artıq ödənişə qadağa qoyan su xidməti artıq məbləğin balansda saxlanılaraq ikiqat artım qiymətinə daxil ediləcəyini texniki “əsaslandırma” ilə təmin edibmiş. Bu isə istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bir anlığa təsəvvür edin ki, qiymət artımı əvəzinə, azalma nəzərdə tutulub. Hansısa xidmət qurumu bir gün qabaq artıq ödənilən məbləği azalan qiymətə dəyişər?
Tarif Şurasının son qərarının gündüz qəbul edilməsini alqışlamaq olar. İndi söz elə Tarif Şurasına sədrlik edən İqtisadiyyat Nazir(liy)inindir. Yanındakı Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xidmət qurumunun təbii inhisarçılığından istehlakçıların hüquqlarının ziyan çəkməməsinə nəzarət edə biləcəkmi ? Yaşaya bilsək, görərik. ..
Məğrur Bədəlsoy
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar