Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Politoloq: Bu hələ islahat deyil, kadr dəyişikliyidir

Tarix: 24-10-2019 17:36     Baxış: 3212 A- / A+
Politoloq: Bu hələ islahat deyil, kadr dəyişikliyidir

“Ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir. Sahibkarlara yönəlmiş çirkin əllər gərək kəsilsin. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar...”

Bu fikirləri dövlət başçısı İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən səsləndirib.

Yəni bir çox məmurların mediaya səsləndirməyə ehtiyat etdikləri fikirləri dövlət başçısı özü dilə gətirir. Bu yəqin hər bir ölkə vətəndaşını sevindirir. Son günlər yüksək vəzifəli şəxslərin bir –bir öz postlarını tərk etməsi və ya buna məcbur olması ictimaiyyət arasında böyük maraqla izlənməkdədir.

Millət vəkili Elman Nəsirov əslində baş verənləri yeni hadisə kimi qiymətləndirmir.

Manevr.az-ın məlumatına görə, o bizimyol.info saytına verdiyi açıqlamada qeyd edib ki, “bu yeni hadisə deyil. Prezident hələ andiçmə mərasimində bu günkü hadisələrin anonsunu vermişdi. O qeyd etmişdi ki, iqtisadi, siyasi, sosial, hüquq- məhkəmə sahələrini əhatə edəcək islahatlar olacaq. Söhbət ilk növbədə kadr islahatlarından gedir. İqtisadiyyat Nazirliyinin səlahiyyətinin genişləndirilməsi dünya təcrübəsində də var. Biz az məsrəflərlə daha yüksək nəticəyə nail olmağa çalışırıq. Bu idarəetməni optimallaşdıracaq və çevikləşdirəcək. İnklüziv inkişafa görə 80 inkişaf etməkdən olan ölkə arasında 3-cü yerdəyik.Və bu islahatlara yol verməyən insanlarla yolların ayrılması labüd idi. Prezident həmin şəxslərin kimlər olduğunu da gözəl bilir. Xəbərdarlıq və şansdan sonra nəticə çıxarmayan insanlar hüquqi müstəvidə cəzalandırılacaq. Prezidentin bu məsələdə çox qətiyyətli mövqeyi var.Bu islahatların alternativi yoxdur və hər bir vətəndaş bunu öz həyatında hiss edəcək.

Politoloq İlham İsmayıl isə Bizimyol.info saytına verdiyi açıqlamada qeyd edib ki, son günlər gündəmi məşğul edən bu hadisələr islahat deyil, kadr dəyişkliyidir. “Əgər, monopoliya məhv edilsə, mətbuata münasibətv və konstitusiya, seçki məcəlləsi dəyişsə bu islahat olardı. 82 yaşlı bir adamın 26 illik fəaliyyətinə son qoyulub. Bu xaqın tələbi deyildi. Bu hakimiyyət daxilində müəyyən qrupun yolunu açmaq üçün mane olan insanların yola salınması idi. Amma onun ən vacib yedə postunu saxladılar.

Dünya praktikasında humanitar sahə üzrə ixtisaslaşmış insanın, xüsusi elmi nailiyyəti olmayan adamı Elmlər Akademiyasına rəhbər qoymurlar. Hakimiyyət içərisindəki münasibətlər fonunda dəyişiklik edili. İqtisadiyyat Nazirliyinin supergücə çevrilməsinə gəlincə, bunu mən dövlətin gəlirləri azaldıca pulun bir mərkəzdən idarə edilməsi üçün atılmış addım olduğunu düşünürəm.Bunlar struktu, kadr dəyişikliyidir, bir çox məmurların işdən uzaqlaşdırılmasının xalqın ictimai həyatında böyük rolu olmayacaq, olsa da cüzi dəyişikliklər olacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar