Xəbər lenti
“Ədalət” qəzeti neçə illərdir başsağlıqlarını pulsuz verir – Aqil Abbas
Mən Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişiklikləri görməmişəm. Amma demokratik ölkədə hansısa qəzetə nəyisə qadağan etmək olmaz axı. Kimsə kiməsə başsağlığı vermək istəyir. Bu zaman daha çoxtirajlı qəzeti seçir. Bunu qadağan etmək olmaz. Və qadağalarla heç nəyi yoluna qoymaq mümkün deyil. Maarifçiliklə yoluna qoymaq olar. Yəni, sənəd əlimdə olmadığı üçün dəqiq bir söz deyə bilmərəm. Amma qəzetə başsağlığı verməyi qadağan etmək mənə gülməli gəlir.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, yazıçı-publisist, “Ədalət” qəzetinin sabiq baş redaktoru Aqil Abbas bildirib.
O qeyd edib ki, bütün dünyada qəzetlər başsağlığı verir və bunu pulla edirlər:
“Demək, bütün dünyadakılar çörəkpulunu onunla qazanır? Qəzetə başsağlığı verilirsə, pulla verilir da. 30-40 manat, bilmirəm hər nə qədər. “Ədalət” qəzeti neçə illərdir başsağlıqlarını pulsuz verir. Əvvəl pulla verirdi, sonra bunu ləğv etdi. İndi bir nəfər digərinə başsağlığı üçün bizə verəcəyi 20-30 manatla milyoner olmayacağıq ki?! Bu məsələnin ümumi tərəfidir. Amma bu, bütün dünyada pulladır. Hətta, Türkiyədə qəzetlərin bir səhifəsi adətən başsağlıqlarına həsr olunur. Çünki ölkə böyükdür. Kimsə vəfat edəndə başsağlığı verənlərin sayı daha çox olur. Mən burada qeyri-adi bir şey görmürəm. Bayaq oxuyuram, Hacı Surxay (Surxay Məmmədli – ilahiyyatçı-din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi) deyir ki, başsağlığı pulsuz verilməlidir. Görək, Hacı Surxay yasini pulsuz oxuyurmu, yaxud hansısa dəfn mərasimini pulsuz aparırmı? Özü də dövlətdən maaş alır. Yəni, bir az mənasız müzakirəyə çevrilib. Mənasız bir gündəmdir, mənasız da müzakirələrdir. Qəzetin redaktoru var, orada qiymətlər var. Dünyada qadağalarla heç nə düzəlmir. Adam öldürməyə görə edam cəzasının tətbiq edildiyi ölkələrdə belə qətllər baş verir. Sovet hökuməti dövründə rüşvət almağa görə güllələnmə tətbiq olunurdu, amma yenə də alırdılar. Demək, hər şey qadağalarla olmur. Nə isə başqa bir yol tapmaq lazımdır”.
A.Abbas daha sonra deyib:
“Dövlətdən maliyyələşən rəsmi qəzetlərdə başsağlığı verilməsinə qadağa qoyulmasından söhbət gedirsə, bunlar “Xalq qəzeti”, “Respublika” və “Azərbaycan” qəzetləridir. Amma ən çox tirajı olan qəzet də “Azərbaycan” qəzetidir. Adamlar da ən çox tirajı olan qəzetə elan vermək istəyər. Hansısa min tirajla nəşr olunan qəzetə başsağlığı vermək istəmir. O qəzeti heç qəzetin sahibi oxumur. Yəni, bu məsələ bir az müəmmalı və qeyri-ciddi məsələdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar