Xəbər lenti
Nazarbayevin adına sahib çıxaq
Aida EYVAZLI
Azərbaycan Ordusunun tarixi torpaqlarımızı geri qaytarmaq üçün “Aprel döyüşləri”ndə göstərdiyi şücaətdən sonra, dünya bizim nə istədiyimizi, nəyə qadir olduğumuzu bir daha bildi. “Bir azca səsimizi də eşitdi, lakin hələ özünü eşitməməzliyə vurub” desəm, yanılmaram. Həmin döyüşlərin səsi- sədasını eşidən dost ölkələrdə elə Azərbaycanda hiss olunacaq ab-hava, əhval ruhiyyə var idi. Bizim döyüşdəki irəliləyişlərimizi hər an izləyərək, öz mətbuatında dayanmadan yayan ölkələrdən biri də kökümüz bir, inancımız bir olan Qazaxıstan idi.
Qazaxıstanda bu gün 120 mindən artıq azərbaycanlımız yaşayır. 120 min azərbaycanlımızın hamısı bu torpaqda qaynayıb-qarışıb. Azərbaycana və azərbaycanlılara Qazaxıstan hökuməti və dövləti həmişə arxa durub, kömək olub. Bu ənənə hələ ötən əsrin qanlı repressiya illərindən mövcuddur. Qədim türk toqrpaqlarına sürgün olunmuş həmyerlilərimiz, buraya fələyin qara yazısı ilə göndərilsələr də, bəxtləri dönənlər insanların mərhəməti sayəsində o əzablara dözüb yaşaya biliblər, artıb çoxalıblar.
Əsrin əvvəlində Stalin repressiyasından, əsrin sonunda isə mənfur erməni daşnaklarının və separatçılarının oynadığı qanlı oyun nəticəsində doğma yurd-yuvalarından olan həmyerlilərimizin içərisində Qazaxıstanın müxtəlif şəhərlərinə də üz tutanlar az olmadı. Dost və qardaş ölkə onlara da qucaq açdı, isti ocaq, yurd verdi. Bu gün Qazaxıstanın ali orqanlarında, ictimai-siyasi həyatında, təhsil ocaqlarında da azərbaycanlılarımız öz əməklərinin tövhələrini verərək, bəxtiyar , sülh və həmrəylik şəraitində yaşayırlar.
Çoxmillətli bir dövlət olan müstəqil Qazaxıstan Respublikası da mənfur erməni xəbisliyindən əziyyət çəkən bir ölkədir. 1928-1939-cu illərdə Sov.İKP MK-nın Qazaxıstan SSR-ü üzrə birinci katibi erməni Levon Mirzoyan qazaxların milli inteligensiyasını bir-bir repressiya qılıncının altından keçirib. Daim rus imperiyasının basqısı altında yaşayaraq, doğma dili belə unutdurulan qazax qardaşlarımız bunun fərqində olmayıblar. Bu tarixi faktı bilən qazaxlar isə, çox vaxt qorxduqları üçün susmağa üstünlük veriblər. Uzun illər keçəndən sonra, ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılarımıza ünvünladığı tövsiyələrindən yararlanan, millətimizin Qazaxıstanda yaşayan dəyərli oğulları – diaspora rəhbərləri, ziyalıları ölkənin ali məktəblərində, təhsil ocaqlarında Levon Mirzəyanın iç üzünü açıb göstərə, gənclərin milli şüurunu oyada bildilər. Bu görüşlər və təbliğat kampaniyalarından sonra Astanada Levon Mirzəyanın əbədiləşdirilən küçələrdən adının çıxarılması prosesinə başlanıldı. Ötən il bu məsələ Parlament və Senat səviyyəsində öz həllini tapdı.
Dost və qardaş ölkə paytaxt Astana şəəhərindəki həmin küçəni akademik Kuanış Satapyevin adına dəyişdi. Həmin Satbayev küçəsindən bir neçə kilometr aralıda isə Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının tanınmış dövlət xadimi Heydər Əliyevin adına geniş və işıqlı bir küçə var. O küçədə gəzəndə qürür duyursan.
Qazaxıstanın hökuməti və hakimiyyəti bizim illərlə uzanan haqq savaşımızda, torpaqlarımızın qaytarılması haqqında etdiyimiz mücadilələrdə hər zaman yanımızda olublar. Məlum olduğu kimi, bu gün siyasi müstəvidə artıq reallaşmağa başlayan Gömrük İttifaqı və Türk dünyasının lideri Nursultan Nazarbayev tərəfindən irəli sürüdüyü Avropaya inteqrasiya modeli də reallaşmağa başlayıb. 29 may 2014-cü ildə Astanada Qazaxıstan, Rusiya və Belorus Respublikasının imzaladıqları Müqavilənin şərtlərinə görə Avrasiya İqtisadi İttifaqı yarandı. Bu Sazişin şərtlərinə görə, iştirakçı dövlətlərin sərhədləri bir-birinə açıqdır, əgər bu layihə tam həyata keçirilərsə, quruma qoşulmaq istəyən rəsmi İrəvanın da arzusu baş tutarsa, o zaman yeni ittifaqda birləşən dövlətlərin ümumi ərazisi Yer üzünün 14%-ni təşkil edəcək, bu arealda yaşayan 182,7 milyon insan isə sərhədlərdən geninə- boluna həm ticarər məqsədi ilə, həm da rahat-gediş gəliş üçün istifadə edə biləcəklər. İldən ilə nüfuzu artan bu ittifaqa qoşulmaq üçün 40 ölkə artıq müraciət edib. Aparılan danışıqların nəticəsi göstərir ki, İttifaq tam gücü ilə 2019-cu ildə fəaliyyətə başlayacaq. Lakin görünən odur ki, Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaranan bu quruma İrəvanın daxil olmaq istəyi asanlıqla başa gələ bilməyəcək. Təşkilatın dəfələrlə keçirilən iclaslarında dinləyici kimi iştirak edən , hər yerdən əli üzülən, çətin durumdan qurtulmaq üçün ümidi ancaq Aİİ təşkilatında qalan İrəvanın prezidentinə Nursultan Nazarbayev iradını sərt şəkildə bildirdi. Ötən ilin may ayının 29-da ittifaqın təsisinə həsr olunan Astana sammitində Sərkisyanın qarşısına qoyulan məktub İrəvanın planlarını alt-üst etdi.Qazaxıstan prezidenti Nursultan Nazarbayev “...biz Azərbaycan prezidentinin məktubunu almışıq. Məktubda Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu qeyd olunub. Azərbaycan hesab edir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula bilər” deyərək, İlham Əliyevin məktubunu oxudu. Qazaxıstan prezidentinin sərt mövqeyindən sonra Ermənistanın siyasi partiyaları, urapartriotları və “ “Daşnaksyutun” kimi separatçı təşkilatları Qazaxıstan prezdentinə qarşı kütləvi kampaniyaya başladılar. İrəvanın “Daşnaksyutun” müxalifət partiyasının lideri Armen Rustamyan (bədbəxtlərin hamısının adlarının kökü türk adıdır) öz bəyənatında qeyd etdi ki, Qazaxıstan lideri türçülük maraqlarına söykənərək, Azərbaycan və Türkiyə ilə həmrəyllik nümayış etdirir.
Qızğın “Aprel döyüşləri” gedəndə isə , yuxarıda qeyd etdiyim ki, sosial şəbəkələrdə, Qazaxıstanın KİV Azərbaycanın haqq savaşını və torpaqlarının bir hissəsini düşməndən geri almağını əsil bayram əhval-rühiyyəsi ilə qeyd etdilər, qazax qardaşalrımızın sosial şəbəkələrdəki profilləri Azərbaycanın üçrəngli bayrağları ilə boyandı.
Aprel hadisələrindən sonra, Qazaxıstanın baş naziri Kərim Mənsimov rəsmi İrəvanda keçirilən Aİİ-nın iclasına getməkdən imtina etdiyindən, sammit Moskvada keçiriləsi oldu. Kərim Mənsimovun bu jesti də ermənilərin hikkədən alovlanan ocaqlarına lap yağ tökdü. Erməni müxalif liderləri dedilər ki, Qazaxıstan rəsmisi Dağlıq Qarabağ ətrafında yaranan münaqişədə Azərbaycanın mövqeyini dəstəklədiyindən görüş rəsmi Moskvada qərarlaşıb.
Elə bu ərəfədə erməni başbilənləri İrəvanın Şirak vilayətinin qədim türk kəndi olan Ariçdəki mərkəzi küçəsindən Qazaxıstan lideri Nursultan Nazarbayevin adını götürdülər. Sosial şəbəkələrdəki qızğınlıqdan isə Qazaxıstanın Ermənistanda olan səlahiyyətli və Fövqəladə səfirinə şikayət də etdilər.
Ariç kəndindəki bütün ərazilərin hər addımında qədim türklərin izi var. Nursultan Nazarbayevin adının orada əbədiləşdirilməsi tarixi qanunauyğunluq idi. Lakin bu namərd ermənilərin nadan hərəkətləri üzündən üzülməyə dəyməz də. Bu gün dünyanın bir çox ölkələrində Nursultan Nazarbayevin adına küçə var, Türkiyədə sağlığında heykəli qoyulan yeganə Türk lideridir.
Burada bir maraqlı məqamı diqqətə çatdırmaq yerinə düşər. Bəlkə, o Arıç kəndini özümüzə qaytarana qədər, bizimlə dost olan, hər zaman siyasi və geopolitik mövqelərimizi dəstəkləyən Nursultan Nazarbayevin adına özümüz sahib çıxaq. Azərbaycanın ən gözəl və geniuş prospekt, meydan ya küçəsinə Nursultan Nazarbayevin adını verək. İnanıram ki, bu təklifim tez bir zamanda öz ünavnını tapacaq.(modern.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar