Xəbər lenti
Hadı Rəcəblinin açıqlaması OLAY OLDU: “İQ göstəriciləri zəif olan Azərbaycan deputatları…”
Milli Məclisin deputatı, Parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sosial şəbəkələrin bağlanması ilə bağlı söylədiyi fikirlər birmənalı qarşılanmayıb və etiraz dalğasına səbəb olub.
Bununla bağlı BiG.AZ-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son günlərdə ölkədə sosial medianın seçkiöncəsi məhdudlaşdırılmasına yönələn çağırışların eşidilməyə başlandığını, bunun heç də sıradan bir açıqlama olmadığını bildirib.
Osman gündüz qeyd edib ki, bu gün isə artıq Milli Məclisin komitə sədri, hörmətli Hadı Rəcəbli bu istiqamətdə açıqlama verib: “Düşünürük ki əgər ölkədə qərar qəbul edilməsinə təsir edəcək şəxslər səviyyəsində bu tip bəyanatlar verilirsə, fikrimcə narahatçılıq üçün əsaslar var. Prezident seçkiləri ərəfəsində sosial medianın məhdudlaşdırılması ilə bağlı fikirlərə münasibətimiz aşağıdadır:
Azərbaycanın indiki inkisaf səviyyəsində sosial medianı məhdudlaşdırmaq ideyasını, ümumiyyətlə bunun müzakirəsini yolverilməz hesab edirik və hesab edirik ki, biz artıq o mərhələni keçmişik. Bundan daha çətin ictimai-siyasi proseslər dövründə Azərbaycan İnternetində hər hansı məhdudiyyətlər olmayıb. Biz sosial mediadan, həmçinin elektron mediadan söyüş, təhqir, böhtan və insanları aşağılamaq üçün istifadəni, manipulyasiya üçün istifadəni yolverilməz hesab edirik . Eyni zamanda gündəlik həyatımızın bir hissəsinə çevrilən, real dünyamızın inikası olan, açıq bir qlobal şəbəkədə hansıa bir qeyri-qanuni açıqlamaya, kiminsə tərəfindən olan paylaşıma da aşırı bir münasibət sərgilənməsinə, aşırı səviyyədə qabardılmasına, ictimai rəy olaraq təqdim edilməsinə də lüzum görmürük . Ayrı-ayrı istifadəçilər tərəfindən qlobal resurslarda aparılan qanuna zidd, etikadan kənar hərəkətlərə qarşı daha çox ictimai qınağa üstünlük verilməsini arzulayırıq. Sosial medianın Azərbaycan seqmentindən Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafına yönəlik müzakirələr aparılmasının faydalı olacağını düşünürük. Bizim özümüzün bu tip qlobal resurslara, qlobal platformalara daha çox ehtiyacımız var.
Təbii ki rəsmi qurumlar bu tip platformalarda bu cür qeyri qanuni hərəkətlərin qarşısnın alınması istiqamətində milli qanunvericilik və beynəlxalq normalar çərçivəsində zəruri addımlar atmalıdırlar.
Osman Gündüz vurğulayıb ki, Azərbaycanın strateji maraqları daha çox qlobal informasiya resursları ilə sosial media ilə əməkdaşlığı diqtə edir. Xüsusilə də son dövrlərdə bu tip resurslarda vətəndaşlarla bağlı informsiyaların 3-cü tərəflərə verilməsi, bu tip resurslar vasitəsilə manipulyasiya aparılması, fikrimizcə hökuməti də ciddi düşündürməlidir. Bu baxımdan biz rəsmi qurumların qlobal resurs sahibləri ilə əməkdaşlığına, onların nümayəndəliklərinin burada açılmasına, informasiya bazalarının burada yerləşdirilməsinə, onlarla normal informasiya münasibətlərinin qurulmasına üstünlük verməsini arzulayırıq. Bəzən hansısa bir məmurun, hökumət rəsmilərinin bu tip məsələlərlə bağlı çıxışlarında ziddiyyətlər müşahidə olunur və bu da bəzən lazımsız nəticələr verir. Müasir qlobal dünyada mövcud resursların nəyinsə qarşının alınmasından daha çox faydalı kontentin hazırlanmasına yönləndirilməsi, qlobal resursların faydalı tərəflərindən istifadənin güücləndirilməsi daha vacbdir. Bu baxımdan indiki məqamda dövlətin və cəmiyyətin inkişafı üçün, informasiya sahəsində milli maraqlarımızın qorunması üçün sosial medianın gücündən , onun imkanlarından daha effektiv istifadəyə yönələn konseptual sənədlərin hazırlanmasını vacib hesab edirik.
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi söyləyib ki, sosial şəbəkələrin ölkəmizdə məhdudlaşdırılması və ümumiyyətlə, bağlanması haqda təkliflər, çağırışlar zaman-zaman səslənir: “Mən düşünürəm ki, bu, həmin fikri səsləndirənlərin şəxsi mövqeyidir. Dövlətin belə bir mövqeyi, qərarı olduğunu zənn etmirəm. Biz kosmik internetə doğru getdiyimiz bir zamanda belə çağırışların perspektivi, yumşaq desək, şübhəlidir. Hazırda dünya bunun üzərində işləyir və yəqin ki, yaxın gələcəkdə bütün dünyanın hər nöqtəsində internetə maneəsiz çıxış imkanı əldə ediləcək. Bu da nisbi və ya şərti də olsa, “internet suverenliyi” adlandıracağım məsələyə son qoyacaq. Dünyada belə gəlişmələr, təbii ki, orta statistik vəziyyətdən də aşağı səviyyədə İQ göstəriciləri olan Azərbaycan deputatının qavrama imkanlarının xaricindədir. Bizdə, ümumiyyətlə, bütövlükdə “qlobal informasiya cəmiyyəti” anlayışına qarşı qorxu və bundan yaranan irreal nifrət var. Sosial şəbəkələrdən yanlış, zərərli, hətta təhlükəli məqsədlər üçün yararlananlar var – bu, bəllidir. Ancaq onların faydası qat-qat böyükdür. Ona qalsa, Azərbaycanda soyuq silahla törədilən qətlərin çoxunda mətbəx bıçağından istifadə olunur. Mətbəx bıçağını qadağan etsək, çörəyi, meyvəni, tərəvəzi nə ilə doğrayacağıq, yemək necə hazırlanacaq. Qatillər dərzi qayçısından, vintaçandan, su şüşəsinin qırığından, bərbər ülgücündən. suvenir xəncərdən… belə cinayət aləti kimi yararlanır. Bütün deşici və kəsici alətləri yığışdıraqmı o zaman?!. Məncə, düşünülmədən deyilmiş fikirdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar