Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

2018-də AZƏRBAYCANIN 5 RAYONU QAYTARILACAQ? – EKSPERT ŞƏRHİ

Tarix: 31-12-2017 11:20     Baxış: 4747 A- / A+
2018-də AZƏRBAYCANIN 5 RAYONU QAYTARILACAQ?


Natiq Miri: “Bu açıqlamanı Duqinin şəxsi istəyi kimi düşünürəm”

“Biz Ermənistan adlı lokal quruma görə, öz qlobal geosiyasi maraqlarımızı qurban verməməliyik. Ermənistan bizim Türkiyə və Azərbaycanla münasibətlərimizdə sualtı daş ola bilməz”.
Bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqlarından biri kimi tanınan, ictimai-siyasi xadim Aleksandr Duqin “Report”a müsahibəsində deyib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Duqin deyib ki, 2018-də Azərbaycanın 5 rayonunu qaytarmaq lazımdır.

“Azərbaycanın konkret proses yaratmasına ehtiyac var”

A.Duqinin fikirlərini şərh edən poltoloq Natiq Miri Hurriyyet.org-a bildirdi ki, o, Rusiyanın Dağlıq Qarabağ problemini həll etməsilə bağlı bir istəyinin olduğunu düşünmür: “Doğrudur, Duqin Kremlə yaxın bir siyasətçidir, həm də ideoloji məsələlər üzrə prezident Putinə daha yaxındır. Amma hər bir halda, bu açıqlamanı Duqinin şəxsi istəyi kimi düşünürəm. Çünki, düşünmürəm ki, Rusiyada Xarici İşlər Nazirliyinə ermənipərəst Lavrov rəhbərlik etdiyi müddətdə Dağlıq Qarabağ problemi həll olunsun. Mənə elə gəlir ki, bunu Kremldə də bilməmiş deyillər. Bundan başqa, bu təkcə erməni məsələsi ilə də bağlı deyil. Çünki Rusiya indiki şəraitdə - qlobal səviyyədə bir çox məsələnin aydın olmadığı bir mərhələdə Cənubi Qafqaza, xüsusilə də Azərbaycan və Ermənistan kimi ölkələrə təsir imkanlarını itirmək istəməz. Çünki Dağlıq Qarabağ problemi süni olaraq zamanında yaradılanda, bu, Azərbaycana və Ermənistana bir təzyiq mexanizmi olaraq düşünülüb. Bu gün də bu istək, bu siyasət qalmaqda davam edir. Ona görə də bu, Duqinin sadəcə bir istəyi olaraq mövcuddur və belə də qalacaq. Bunun həyata keçməsi üçün Azərbaycanın konkret proses yaratmasına ehtiyac var ki, Dağlıq Qarabağ problemi yenidən dünyanın birmənalı olaraq gündəminə gəlsin. Belə olmadıqca, Dağlıq Qarabağdakı bu süstlük, atəşkəs həm Rusiyanı, həm də digər ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərini qane edir”.

“Bu gerçəyi anlamaq üçün Dağlıq Qarabağ probleminin üstündən 25 il keçməsinə ehtiyac yox idi”

“Duqin qeyd edib ki, real nizamlama prosesi işə düşərsə, o zaman Rusiya ilə Azərbaycan arasında inteqrasiya güclənəcək. Bu, heç də Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə birbaşa daxil olması prosesi demək deyil” fikrinə N.Miri belə cavab verdi: “Duqinin bu dedikləri bir gerçəkdir, həqiqətdir. Ancaq bu gerçəyi, həqiqəti anlamaq üçün Dağlıq Qarabağ probleminin üstündən 25 il keçməsinə ehtiyac yox idi. Azərbaycan Cənubi Qafqazın ən strateji, ən güclü ölkəsidir. Təbii ki, Azərbaycanla daha da yaxınlaşmaq, inteqarasiya prosesini gücləndirmək Rusiyanın dövlət maraqlarına cavab verir. Ancaq təəssüf ki, 25 il Rusiya bu siyasətin əleyhinə davranışlar ortalığa qoyub. Bu gün də bu proses davam etməkdədir. Bu gerçəyi Rusiya rəhbərliyi anlamayacaqsa və bu siyasətə üstünlük verməyəcəksə, təbii ki, Cənubi Qafqazda Rusiyanın güclənməsi, möhkəmlənməsi də mümkün olmayacaq”.

“5 rayonun qaytarılması Azərbaycan üçün aldadıcı bir tələdir”

N.Mirinin fikrincə, əslində, 5 rayonun qaytarılması Azərbaycan üçün aldadıcı bir tələdir: “Çünki 5 rayonun qaytarılması müqabilində Ermənistanın Azərbaycandan konkret istəkləri var. Bunu düşünmək lazımdır. Bu istədiklərini Azərbaycan Ermənistana verə biləcəkmi? Çünki 5 rayonun müqabilində Ermənistan müvəqqəti status tələb edir. Bu müvəqqəti statusun Dağlıq Qarabağa verilməsi dolayısı ilə beynəlxlaq səviyyədə Dağlıq Qarabağın bir müstəqil subyekt olaraq tanınmasının ilkin mərhələsi olacaq. Ona görə də “bundan sonrakı mərhələdə nə olacaq” sualına cavab vermək lazımdır. Bu status çərçivəsində Dağlıq Qarabağa müstəqil subyekt hüquqü veriləcəksə, onda növbəti addım nə olacaq? Növbəti addım, təbii ki, referendum olacaq və bu referendum vasitəsilə Dağlıq Qarabağın müstəqilliyinin tanınması mərhələsi olacaq. Ona görə də 5 rayon məsələsi cəlbedici görünsə də, bu tələyə düşməyə ehtiyac yoxdur. Bunu doğru düşünmək lazımdır”.

“Nədənsə, Kəlbəcər və Laçın rayonları nəzərdə tutulmur”

“Nədənsə, 5 rayon deyiləndə digər 2 rayon - Kəlbəcər və Laçın rayonları nəzərdə tutulmur. Hansı ki, bu rayonlar Dağlıq Qarabağ və onun ətrafındakı ən hündürdə yerləşən coğrafi ərazilərdir. Bu ərazilər ermənilərdə olduğu sürəcə Azərbaycan əhalisinin bu 5 rayona qaytarılması mümkün olmayacaq. Çünki hər zaman əhali üçün böyük bir təhlükə olacaq. Bütün bu məsələləri düşünmək lazımdır”, - dedi politoloq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar