Xəbər lenti
Aşura hakimiyyət davası deyildi - 14 əsr öncəki hadisənin əsas çatdırışı
Hər il keçirilən Məhərrəmlik müzakirələrinə sözardı
Hər il Məhərrəm ayının gəlişi Azərbaycan cəmiyyətinin bütün sferalarında iki mövzu ilə əks-səda doğurur. Birincisi, ölkənin böyük bir hissəsində, xüsusən də Bakıda toylar dayanır. İkinci kütləvi mövzu isə Aşura mərasimlərinin müzakirəsidir. Demək olar ki, hər il eyni şəkildə dindarlar, dindar olmayan, hətta ateistlər belə Aşura müzakirələrinə qoşulur.
Məsələ ondadır ki, Aşura çoxdan yalnız dini hadisə olmaqdan çıxıb sosial, mədəni və tarixi fenomenə çevrilib. 1400 il əvvəl İraqın mərkəzində baş verən hadisələr amansız, qəddarlığına görə misli-bərabəri olmayan hadisələr idi. Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə) və ailə üzvləri aralarında Peyğəmbəri sağkən görən və iman gətirən insanlar da olmaqla, qətlə yetirildi, başlarını nizələrə taxaraq Dəməşqə qədər apardılar. O dövrün hadisələrini detallı qeyd etmək mümkün olmasa da, 72 tərəfdarı olan İmam Hüseyninin (ə) xəlifənin Kufə canişini tərəfindən göndərilmiş silahlılara (mənbələrdə sayları 5-30 min nəfər arasında dəyişir - K.R.) müqavimət göstərməsi, onlarla savaşması məcburiyyətdən deyildi, son ana qədər bu savaş İmam Hüseyn (ə) istərsə, baş tutmaya bilərdi. Ancaq Həzrət Hüseyn (ə) o şərti qəbul etmədi.
Hər kəs yaxşı bilir ki, 72 və ya 100 nəfər tərəfdarı olan şəxsin 5 min nəfərlik silahlı döyüşçüyə qalib gəlməsi mümkün deyil. Üstəlik, mövqe baxımdan xilafət ordusu daha üstün idi, çayın kənarında düşərgə quraraq İmam Hüseyn (ə) tərəfdarlarına su verməyib. Belə bir vəziyyətdə istənilən şəxs, o cümlədən İmam Hüseyn (ə) döyüşüb məğlub olacağını bilir. Kufə valisinin də İmam Hüseyndən (ə) son ana qədər yeganə bir istəyi vardı: beyət etməsi, Yezidin xəlifəliyini tanıması. Hətta bəzi mənbələrdə qeyd olunur ki, Kərbəla olaylarından sonra Dəməşqdə əsirləri və şəhidlərin kəsik başlarını saraya gətirəndə xəlifə Yezid Kufə valisini lənətləyir, “mən ona Həzrət Hüseyni öldür deməmişdim” deyir. Çünki Yezidin və ondan əvvəl atası da hakimiyyətdə legitimliyini təmin etmək üçün Bəni Haşim, Yəni Peyğəmbər ailəsindən təsdiq, yəni beyət (təsdiq) almalı idi. 680-ci il Məhərrəm ayının 10-a qədər Kərbəlada mühasirədə qalan Həzrət Hüseyndən (ə) xəlifə ordusunun yeganə tələbi də bu idi: beyət etsin, hakimiyyəti tanısın. Ancaq Həzrət Hüseyn (ə) son ana qədər bunu etmədi, “ən böyük cihad zalım hakimin qarşısında dayanıb, ona haqqı deməkdir” deyən İmam Hüseyn (ə) əqidəsinə sadiq oldu - hətta canı bahasına olsa belə. Halbuki heç bir hakimiyyət arzusunda olan qiyamçı özünün və ailəsinin məhv ediləcəyini bildiyi halda özünü döyüşə atmazdı. Təslim olub, növbəti dəfə baş qaldırmaq üçün fürsət gözləyərdi. Amma İmam Hüseyn (ə) sıradan bir hakimiyyət iddialısı, qiyamçı deyildi, O, peyğəmbər nəvəsi, İmam idi. İmam isə öndər deməkdir. Öndərlər konyukturaçı ola bilməz, Yezidin, həm də sülalə hakimiyyətinin legitimliyini tanıya bilməzdi və tanımadı da.
Aşura hadisəsi bütün İslam aləmində sonrakı tarixdə böyük iz qoydu. Yalnız ərəblər deyil, ərəb olmayan xalqlarda bu hadisəyə böyük hörmət və ehtiram yarandı. Çünki Aşura fədakarlıq və əqidə uğurunda mübarizənin simvolu idi. Sonrakı 14 əsrdə İslam tarixində bu hadisənin müxtəlif şəkildə əks-sədası olub və olmaqda davam edir.
Ancaq təbii ki, xalqlara, mədəniyyətlərə, zamanlara görə bu hadisəyə münasibət dəyişib. Aşura hadisəsini bayraq edib siyasi hakimiyyəti ələ keçirənlər də olub, dini hərəkatlar, mərkəzlər, təriqətlər yaradanlar, fərqli formada fayda götürənlər olub. Eləcə də Aşura hadisəsində təhriflər də olub və olmaqda davam edir. Ancaq bu təhriflər, ana məqsəddən kənara çıxmalar Aşuranın mahiyyətinə kölgə sala bilməz, çünki bütün ifrat və təfritlər heç bir halda ana mahiyyətə təsir etmir.
Təəssüf ki, Aşurada təhriflərə, əsas məqsəddən kənara çıxmalara indi də rast gəlinir. Bəzən hətta hadisələrin mahiyyətindən kənara çıxma, şişirtmə, kədərin ifrat ifadəsi tendensiyaları var. Xüsusən də baş yarma kimi.
Yeri gəlmişkən, Aşura hadisələrində baş yarma hadisəsi çox sonralar meydana çıxmış və hələ də geniş şəkildə qəbul olunmayan adətlərdəndir. Bəzi araşdırmaçılara görə, Məhərrəm mərasimlərində kədərin ifrat ifadəsi hadisəsi türkmən tayfalarında müşahidə olunub. Qədim türk adətlərində əzizi ölənlərin kədərdən özlərinə xəsarət yetirmələri, başlarına daşla vurmaları kimi ənənələr olub. Buna bənzər adətlər Hindistan coğrafiyasında da geniş yayılıb.
Hazırda xüsusən İraq, İran və Hindistan kimi ölkələrdə baş yarma ənənələri hələ də qalır. Yəni sonradan ortaya çıxan əməllər heç də bir coğrafiyanın, bir xalqın “məhsulu” deyil. Müxtəlif xalqların ənənələrinin təsiri ilə ortaya çıxmış Aşura adətləri var. Ancaq bu gün əksər İslam alimləri bu adətləri tənqid edib, hətta haram, yəni günah əməl olması ilə bağlı fətvalar verib. Lakin buna baxmayaraq, hələ də bəzi bölgələrdə bu adəti yaşadanlar hələ də var. Ancaq bütün bu kimi mənfi tendensiyalar Aşuranın mahiyyətinə kölgə sala bilməz.
Aşura hadisəsi 14 əsr əvvəl baş versə də, mahiyyətcə köhnəlməyib. Çünki əsas mərkəzində dayanan mövzu bəşər tarixinin ən qədim sualı olan haqq-ədalət, zalıma qarşı dayanma, zəif olsan belə, doğrunu, haqqı müdafiə etmək məktəbidir. Haqq və batil savaşı insanlıqla yaşıddır və insanlığın sonuna qədər davam edəcək. Buna görə də Aşura yaşayacaq. Bütün ifratlar, mahiyyətdən kənara çıxmalar zamanla aradan qalxacaq, önəmli olan Aşura hadisəsinin fəlsəfəsinin yaşadılmasıdır. Çünki dünyanın xilası bunun üzərində dayanır, insanlar ədalətli cəmiyyət qurmalıdır.(musavat.com)
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar