Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan hansı torpaqları qaytarır?

Tarix: 19-09-2017 12:51     Baxış: 6944 A- / A+
Ermənistan hansı torpaqları qaytarır?


İrəvandan başladığı addımı davam etməsi tələb olunur
Beynəlxalq ekspertlərin fikrincə, İrəvanın işğal edilmiş torpaqları Azərbaycana qaytarmağa hazır olması barədə bəyanatı Ermənistanın Qarabağ münaqişəsində mövqeyinin yumşalmasının siqnalıdır.
Ermənistan Xarici İşlər Nazirliyinin başçısı işğal edilmiş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını mümkün sayıb. Nalbandyan bunu Azərbaycandan olan həmikarı Məmmədyarovla Nyu-Yorkda görüşü öncəsi bildirib.
Bəllidir ki, görüş sentyabrın 20-də olmalıdır. “Söhbət qaytarılması zamanı Dağlıq Qarabağın təhlükəsizlik sistemini təhlükə altına salmayacaq ərazilərdən gedir”,- deyə Nalbandayan bildirib. Ancaq o, hansı ərazilərdən söhbət getdiyini söyləməyib.
Əlbəttə, Ermənistanın XİN başçısının bəyanatı qəflətən səslənməyib. İrəvanda çoxdan anlayırlar ki, nədənsə başlamaq lazımdır. Yada salaq ki, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Riçard Hoqland vəzifədən gedişi öncəsi münaqişənin tənzimlənməsinin 6 elementi barədə danışıb. Amerikalı diplomat onlardan birində tələb edib ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər dərhal Azərbaycanın nəzarəti altına verilməlidir.
Onda bu, İrəvanda kəskin narahatlığa səbəb olmuşdu. İndi belə görünür ki, ermənilər qismən də olsa nəsə etməyə çalışırlar. Amma necə deyərlər, bu zaman öz sifətlərini də itirmək istəmirlər.
Rəsmi İrəvanı hələ qabaqda çox şeylər gözləyir. Beynəlxalq ictimaiyyətin əsas tələblərindən biri Ermənistanın bütün silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasıdır.
Aydındır ki, İrəvanın indiki bəyanatına sınaq şarı kimi baxmaq lazımdır. Nalbandayanın bəyanatı barədə rəsmi Bakının nə düşündüyünü biz tezliklə öyrənəcəyik. Amma qeyd edək ki, bir qaranquşla yaz gəlmir. Əgər bizim qonşular möhkəm sülh və çökən iqtisadiyyatlarının dirçəlməsini istəyirlərsə, ermənilərin öz evlərini tərk etməsinin qarşısını almağa çalışırlarsa, başlanmış bu addımı davam etmək lazımdır.
Ermənistanın qəflətən bir sıra işğal edilmiş rayonların qaytarılması barədə danışması nümayiş etdirir ki, Azərbaycan doğru diplomatik yolla gedir. Mən buna onu da əlavə etmək edərdim ki, keçən ilin aprel apyından düşmənə nəyə qadir olduğunu göstərən Azərbaycan ordusunun peşəkarlığı da artıb.
Bu günlərdə Qarabağdakı qanlı münaqişənin müəlliflərindən biri – Serj Sarkisyan bəyanat vermişdi ki, Azərbaycanın beynəlxalq prinsiplərin mövcudluğu ilə barışmazsa, sülh ola bilməz. Görünür, bu prinsiplərdən çıxış edərək dünyanın heç bir ölkəsi Dağlıq Qarabağdakı mövcud işğal rejimini tanımır. Amma işğaldan düz 26 il keçib. /istipress.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar