Xəbər lenti
“Bağla, yandır, hamısını güllələ...” - Çingiz Abdullayev yenə qapadılan “26” kafe qalmaqalından danışdı
Azərbaycan Yazıçılar Birliyinin (AYB) icarəyə verdiyi əmlakında kişilərə erotik-şou, xanımlara pulsuz qəlyan təklif edən “26” kafesi ətrafında qalmaqal davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsən iştirakı ilə bu məkan bağlanıldıqdan sonra Yazıçılar Birliyi sosial şəbəkələrdə şiddətlə qınanıldı. Əksəriyyət bildirdi ki, Azərbaycan yazıçıları həm ad baxımından, həm də fəaliyyət istiqaməti prizmasından yanaşaraq bu kimi kafenin öz əmlaklarında fəaliyyətlərinə razılıq verməməli idilər.
Baş verənlərlə bağlı daha detallı məlumat əldə etmək üçün “Yeni Müsavat”ın əməkdaşı Yazıçılar Birliyinin yerləşdiyi binada olub. Öncə müşahidə etdik ki, artıq “26” kafesi tamamilə fəaliyyətini dayandırıb və kafenin qarşısından adı da götürülüb. Orada olduğumuz zaman digər maraqlı məlumatlar da öyrəndik. Belə ki, məlumata görə, AYB-nin icarə verdiyi əmlakı təkcə “26” kafesinin yerləşdiyi birinci mərtəbə olmayıb. Bildirilir ki, “Bayatı” kitab mağazası da Yazıçılar Birliyinin əmlakına aiddir. Mağaza satılan kitablardan əldə edilən gəlirdən AYB-yə müəyyən miqdarda faiz verir. Eyni zamanda, AYB yeni üzv olan yazıçılardan da pul alır. Belə ki, AYB-yə yeni üzv olan yazıçı ilk olaraq 1 il üçün 15-20 manat arasında üzvlük haqqı ödəyir.
AYB-nin yerləşdiyi binanın 3-cü mərtəbəsində “Natəvan” klubu yerləşir. Məlumata görə, bura icazəyə verilməsə də klubda kitab təqdimatları keçirilən zaman satılan hər kitabdan müəyyən məbləğ AYB-yə çatır. Yəni əgər yazıçı 5 manat qiymətində kitab satırsa, onun 1 manatı AYB-nindir.
Səslənən bu kimi iddialar və günlərdir “26-lar” kafesi ətrafında gedən söhbətlərlə bağlı münasibət öyrənmək üçün AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın 2-ci mərtəbədə yerləşən otağına qalxdıq. Biz otağa daxil olduğumuz zaman elə Xəyal bəy Yazıçılar Birliyinin məlum kafe ilə bağlı bəyanatını mətbu orqanlara göndərməklə məşğul idi. Bildirdi ki, daha yazılan yazılıb, münasibət verməyə gərək yoxdur.
Ancaq bununla belə fikirlərini söylədi: “Səslənən bütün ittihamlar əsassızdır. Sosial şəbəkələrdə bəzi şəxslər məsələdən agah olmadan ağıllarına gələni yazırlar. Söylənən heç bir fikir həqiqətə söykənmir. Əgər ora icarə verilibsə, təbii ki, bunun müqabilində pul da alınıb. İcarə verilən obyektdən bəyəm pul alınmamalıdır? İkincisi də bu kafe uzun müddətdir ki, fəaliyyət göstərirdi. Sadəcə olaraq adı 4-5 ay idi ki, adı dəyişdirilmişdi”.
Xəyal Rza kafenin bağlanmasında və məsələnin bu cür qabardılmasında mətbuatı da qınadı. Bildirdi ki, mətbuatda “Bakıda sovet izləri” başlıqlı yazı çap olunduqdan sonra məsələ böyüdü: “Sadəcə olaraq hər şey Bakıda “26 Bakı Komissarı” küçəsinin olduğunun xəbərinin yayılmasından sonra başladı. Məsələni gündəmdən çıxarmaq üçün gəlib, bu kafeni bağladılar”.
Söhbətin bu yerində Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev də otağa daxil oldu. X. Rza yazıçıya kim olduğumuzu bildirdi. Daha sonra Ç. Abdullayev narazı formada aşağıdakıları söylədi: “Bunun atasını da qardaşını da ermənilər öldürüblərsə, niyə kafenin adını “26-lar” qoysun? Məsələnin “26-lar”a heç bir aidiyyəti yoxdur. Biz oranı icarəyə vermişiksə, orada nə isə yazılmasından mənə nə? Bağla, yandır, hamısını güllələ. Ancaq bizdən nə istəyirlər? Orada qoyulan ada, yazılan sözə icazəni biz vermirik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar